"Evdə Qal-Qalib Gəl!” layihəsi çərçivəsində "Müasir incəsənət " mövzusunda onlayn mühazirənin 2-ci hissəsi keçirilib

28.04.2020 / Mühazirələr
"Evdə Qal-Qalib Gəl!” layihəsi çərçivəsində "Müasir incəsənət " mövzusunda onlayn mühazirənin 2-ci hissəsi  keçirilib

Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən start verilən  "Evdə Qal-Qalib Gəl!" layihəsi davam edir.  Layihə çərçivəsində  müxtəlif  aksiyalar, rəssamların ustad dərsləri, həmçinin  incəsənət tarixi və nəzəriyyəsi haqqında mühazirələr  keçirilir. Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov "Müasir incəsənət" mövzusunda növbəti onlayn mühazirə deyib. 

Nəzərinizə çatdıraq ki, mühazirələr mövzuya uyğun olaraq silsilə olaraq video formatında keçiriləcək. 

Layihəni qalereyanın sosial media hesabları  və rəsmi saytı (azgallery.az) vasitəsilə izləmək mümkündür.