
XƏBƏRLƏR
2007
"Evdə Qal-Qalib Gəl!” layihəsi çərçivəsində "İncəsənət əsərlərinin bərpası və onların metodları" mövzusunda onlayn mühazirə keçirilib.
11.05.2020 / Mühazirələr

Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən start verilən "Evdə Qal-Qalib Gəl!" layihəsi davam edir. Layihə çərçivəsində müxtəlif aksiyalar, rəssamların ustad dərsləri, həmçinin incəsənət tarixi və nəzəriyyəsi haqqında mühazirələr keçirilir. Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov "İncəsənət əsərlərinin bərpası və onların metodları" mövzusunda növbəti onlayn mühazirə deyib.
Nəzərinizə çatdıraq ki, mühazirələr mövzuya uyğun olaraq silsilə olaraq video formatında keçiriləcək.
Layihəni qalereyanın sosial media hesabları və rəsmi saytı (azgallery.az) vasitəsilə izləmək mümkündür.
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən www.azgallery.az saytına istinad zəruridir.