
XƏBƏRLƏR
1948
"İncəsənət əsərlərinin bərpası və onların metodları" mövzusunda onlayn mühazirənin ikinci hissəsi keçirilib.
19.05.2020 / Mühazirələr

Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən start verilən "Evdə Qal-Qalib Gəl!" layihəsi davam edir. Layihə çərçivəsində müxtəlif aksiyalar, rəssamların ustad dərsləri, həmçinin incəsənət tarixi və nəzəriyyəsi haqqında mühazirələr keçirilir. Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov "İncəsənət əsərlərinin bərpası və onların metodları" mövzusunda onlayn mühazirənin ikinci hissəsini deyib.
Nəzərinizə çatdıraq ki, mühazirələr mövzuya uyğun olaraq silsilə olaraq video formatında keçirilir.
Layihəni qalereyanın sosial media hesabları və rəsmi saytı (azgallery.az) vasitəsilə izləmək mümkündür.
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən www.azgallery.az saytına istinad zəruridir.