UNESKO-nun rəsmi internet səhifəsində COVID-19 pandemiyası ilə mübarizədə cavab tədbirləri barədə Azərbaycan Respublikasında həyata keçirilən layihələr haqqında məlumat verilib.

09.06.2020 / Mühüm hadisələr
UNESKO-nun rəsmi internet səhifəsində COVID-19 pandemiyası ilə mübarizədə cavab tədbirləri barədə Azərbaycan Respublikasında həyata keçirilən layihələr haqqında məlumat verilib.

UNESKO-nun rəsmi internet səhifəsində COVID-19 pandemiyası ilə mübarizədə cavab tədbirləri barədə Azərbaycan Respublikasında həyata keçirilən layihələr, təşəbbüslər, həmçinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən pandemiya dövründə keçirilən tədbirlər və Azərbaycan Dövlət Rəsm Qalereyasının  “Evdə Qal-Qalib Gəl!” layihəsi haqqında geniş məlumat yer alıb.

Məlumatda qeyd edilib ki, Azərbaycan Dövlət Rəsm Qalereyası sənətkarları “Evdə Qal-Qalib Gəl!” devizi altında birləşməyə dəvət edib. Layihə çərçivəsində müxtəlif aksiyalar, rəssamların ustad dərsləri həmçinin, incəsənət tarixi və nəzəriyyəsi haqqında mühazirələr keçirilmişdir. Layihəni qalereyanın sosial media hesabları və rəsmi saytı (azgallery.az) vasitəsilə izləmək mümkündür.

Həmçinin, bu məqsədlə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, “Kreativ Azərbaycan” virtual platformasının  təşəbbüsü ilə həyata keçirilən mədəni layihələr ; “Evdə qal, evdə yarat”, "Sənətə dəstək ol" xeyriyyə aksiyası, “Yaradıcılığı evdə öyrən” layihəsi,  “Evdə qal, tamaşa izlə” kreativ layihəsi, “Muzeylərə virtual səyahət” layihəsi, “Vətənimizə virtual səyahət”, “Sənətinlə dəstək ol”,“Evdə qal və evdə öyrən” kimi bir sıra çox mühüm tədbirlər haqqında məlumat qeyd edilib.

Məlumatın tam mətni ilə burada tanış ola bilərsiniz.

Mənbə: http://www.unesco.org/

https://creative.az/az/post/201