“Azərbaycan Respublikası Silahlı Qüvvələri günü”nə həsr olunmuş virtual sərgi açılıb

26.06.2020 / Sərgilər
“Azərbaycan Respublikası Silahlı Qüvvələri günü”nə həsr olunmuş virtual sərgi açılıb

Azərbaycan Dövlət Rəsm Qalereyası “Evdə qal-qalib gəl!” layihəsi çərçivəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələri günü”nə həsr olunmuş virtual sərgi keçirib.
Sərgidə Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına məxsus, Azərbaycan rəssamlıq sənətinə böyük töhfələr verən sənətkarların müxtəlif üslub və texnikalarda işlədiyi Azərbaycan əsgərlərinin hünəri, şücaəti düşmənlərimiz üçün göz dağı, xalqımız üçün isə fəxr və qürur mənbəyi olan əsərlər virtual şəkildə sərgilənib.
Ələsgərov Arif, Hüseynov Yusif, Mehdiyev Rafiq, Əliyev Ənvər, Kazımov Davud, Bağırov Fikrət, Nəcəfov Mirzə, Nərimanbəyov Vidadi və s. kimi rəssamların əsərləri ilə virtual şəkildə tanış olmaq mümkündür.
Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində sərgi salonlarının müvəqqəti bağlı olmasını nəzərə alaraq virtual sərgini izləməyə dəvət edir.
“Azərbaycan Respublikası Silahlı Qüvvələri günü ” adlı virtual sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media (facebook, instagram) hesabları vasitəsilə izləmək mümkündür.