XƏBƏRLƏR
2404
“+5C” adlı yeni virtual bilik yarışması keçirilidi
08.07.2020 / Mühüm hadisələr
Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən 8 iyul saat 18:00-da “+5C” adlı yeni virtual layihəyə start verildi.
Sənətsevərlər virtual olaraq ilk incəsənət mövzulu onlayn bilik yarışmasında iştirak edərək öz biliklərini yoxlayıblar.
İştirakçılar virtual layihəyə Azərbaycan Dövlət Rəsm Qalereyasının instagram (@azgallery.az) sosial media hesabının canlı yayımı vasitəsilə qoşulublar.
Növbəti yarışda iştirak etmək istəyən şəxslər qeydiyyat üçün whatsapp (077-717-33-37) nömrəsi ilə əlaqə saxlaya bilərlər.
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən www.azgallery.az saytına istinad zəruridir.