“Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq Suluboya festivalı çərçivəsində rəssam Cəlal Ağayevin onlayn ustad dərsi baş tutdu

16.08.2020 / Ustad dərsləri
“Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq Suluboya festivalı çərçivəsində rəssam Cəlal Ağayevin  onlayn ustad dərsi baş tutdu

Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə suluboya (akvarel) texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq məqsədilə “Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq Suluboya festivalı çərçivəsində rəssam Cəlal Ağayevin ZOOM proqramı üzərindən onlayn ustad dərsi baş tutdu.

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (İWS Azerbaijan) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində “Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq suluboya festivalı çərçivəsində nəzərdə tutulmuş akvarel texnikasında ilk ustad dərsi kimi yadda qaldı.