XƏBƏRLƏR
“Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq Suluboya festivalı çərçivəsində ustad dərsləri davam edir
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (İWS Azerbaijan) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində “Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq suluboya festivalı çərçivəsində keçirilən növbəti tədbirin rəssam İlham Məhərrəmoğlu olub.
Rəssam canlı yayımda suluboya haqqında fikirlərini bölüşməklə yanaşı iki əsər “Narlar“ natürmortu və “Yelkənlər” əsərini suluboya texnikasında işləmişdir.
Nəzərinizə çatdıraq ki, akvarel sevərlər ustad dərsini 11 sentyabr saat 12:00-da Xətai Sənət Mərkəzinin sosial media hesabları (facebook-Xetaisenetmerkezi, instagram-@xetaisenetmerkezi) üzərindən canlı yayımla izlədilər. Canlı yayımı izləyə bilməyənlər Azərbaycan Dövlət Rəsm Qalereyası www.azgallery.az və Xətai Sənət Mərkəzinin www.xsm.az saytlarına daxil olmaqla, həmçinin facebook, instagram və youtube üzərindən (https://youtu.be/aK-VvyPEk0g) izləyə bilərlər.
Xatırladaq ki, festival suluboya (akvarel) texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətində çalışan yerli və xarici rəssamların yaradıcılığında Azərbaycanın təbiəti, tarixi abidələri, mədəniyyətini, həmçinin müasir inkişafını dünyaya göstərmək məqsədilə həyata keçirilir.
Nəzərinizə çatdıraq ki, ustad dərslərin növbəti qonağı rəssam Səbinə İskəndər öz yaradıcılığını suluboya həvəskarlarına təqdim edəcək.