Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq Suluboya festivalı çərçivəsində ustad dərsləri davam edir

28.09.2020 / Ustad dərsləri
Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq Suluboya festivalı çərçivəsində ustad dərsləri davam edir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (İWS Azerbaijan) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində “Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq suluboya festivalı çərçivəsində keçirilən tədbirin növbəti qonağı İWS Azerbaijan cəmiyyətinin sədr müavini rəssam Səbinə İskəndər olmuşdur.

Rəssam canlı yayımda Beynəlxalq Suluboya cəmiyyətinin Azərbaycanda fəaliyyəti və sulu boyanın cəmiyyətimizdəki  rolunu anlatmaqla bərabər “Dəniz kənarında təknə” əsərini ərsiyə gətirdi.

Xatırladaq ki, festival suluboya (akvarel) texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətində çalışan yerli və xarici rəssamların yaradıcılığında Azərbaycanın təbiəti, tarixi abidələri, mədəniyyətini, həmçinin müasir inkişafını dünyaya göstərmək məqsədilə həyata keçirilir.

Nəzərinizə çatdıraq ki, ustad dərslərinin növbəti qonağı rəssam  Pərviz Əliyev öz yaradıcılığını sulu boya həvəskarlarına təqdim edəcək.