Azərbaycan rəssamı Həsən Haqverdiyevin 100 illik yubileyinə həsr olunmuş “Davam" adlı sərginin açılışı olmuşdur

25.10.2017 / Yubileylər
Azərbaycan rəssamı Həsən Haqverdiyevin 100 illik yubileyinə həsr olunmuş “Davam" adlı sərginin açılışı olmuşdur

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2017-ci il oktyabr ayın 24-də Muzey Mərkəzinin Sərgi Qalereyasında görkəmli Azərbaycan rəssamı Həsən Haqverdiyevin 100 illik yubileyinə həsr olunmuş “Davam" adlı sərginin açılışı olmuşdur. Sərgidə Həsən Haqverdiyevin Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından və ailə və digər şəxsi kolleksiyalardan seçilmiş əsərləri ilə yanaşı böyük sənətkarın yaradıcılıq yolunu davam etdirən, Haqverdiyevlər ailəsindən olan Əli, Hüseyn, Saida, Ucal, Yelena, Butunay, Sabina və Fərhadın yaradıcılığına aid əsərlər də nümayiş olunmuşdur.
Xatırladaq ki, sərgi oktyabr ayının 28-dək davam edəcəkdir.