XƏBƏRLƏR
Sənətşünas Mehbarə Abbasova “Digitalart-lab” layihəsinin qonağı olacaq.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2021-ci il 8 yanvar saat 21:00-da sənətşünas, kurator Mehbarə Abbasova ilə “Digitalart-lab” layihəsi iştirakçılarının “Zoom” proqramı vasitəsilə görüşü baş tutacaq.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin pedaqoqu, kurator Mehbarə Abbasova “Rəqəmsal incsənət tarixinə qısa ekskursiya” mövzusunda mühazirə ilə çıxış edəcək.
Xatırladaq ki, sentyabr ayından start verilən “Digitalart-lab” layihəsi ölkəmizdə incəsənətin bu innovativ sahəsində çalışan gənc, peşəkar və həvəskar rəssamlarla əməkdaşlıq etmək, onların digital yaradıcılıq üslublarını tanımaq və dəstək olmaq məqsədi ilə həyata keçirilir.
Mehbarə Abbasovanın “Digitalart-lab” layihəsində çıxışını Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarından yayımlanacaq video materialdan izləmək mümkün olacaq.