“Digitalart-lab” layihəsi çərçivəsində illüstrator Mahir Qafarovun "Rəqəmsal karikatura sənəti" mövzusunda ustad dərsi baş tutub

05.03.2021 / Ustad dərsləri
“Digitalart-lab” layihəsi çərçivəsində illüstrator Mahir Qafarovun "Rəqəmsal karikatura sənəti" mövzusunda ustad dərsi baş tutub

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2021-ci il 4 mart tarixində “Digitalart-lab” layihəsi çərçivəsində qrafik dizayner və illüstrator Mahir Qafarovun "Rəqəmsal karikatura sənəti" mövzusunda ustad dərsi baş tutub.

Ustad dərsi rəqəmsal karikatura sənətinin inkişaf tendensiyaları, bu sahədə istifadə edilən müasir alətlər və metodların tətbiqini göstərmək, həmçinin bu istiqamətdə çalışan rəssamların yaradıcılığını dəstəkləmək məqsədilə keçirilib.

Görüşdə rəssam öz təcrübəsini bölüşməklə yanaşı Azərbaycan karikatura sənətinin tarixindən, rəqəmsal karikatura sənətinin inkişaf tendensiyalarından iştirakçılara məlumat verib.

Xatırladaq ki, müasir dövrdə  digital incəsənətin bir növü olan rəqəmsal karikatura sənəti rəssam və dizaynerlərin yaradıcılığında yeni yanaşmaların təsiri ilə inkişaf edir. 

Ustad dərsi “Zoom” proqramı vasitəsilə “Digitalart-lab” layihəsi iştirakçıları üçün nəzərdə tutulan proqrama əsasən keçirilib.