“Digitalart-lab” layihəsinin növbəti qonağı Kanadada yaşayan rəssam Hacı Qədirov olub.

15.03.2021 / Ustad dərsləri
“Digitalart-lab” layihəsinin növbəti qonağı Kanadada yaşayan rəssam Hacı Qədirov olub.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Digitalart-lab” layihəsi çərçivəsində vizual effektlər üzrə rəssam Hacı Qədirovun ustad dərsi baş tutub.

Ustad dərsi rəqəmsal incəsənətin yeni sahəsi kimi film, oyun sənayesində  istifadə edilən vizual effektlərin tətbiqini, bu sahədə olan müasir alətlər və metodları göstərmək məqsədilə keçirilib.

Kanadada yaşayan rəssam Hacı Qədirov “Justice League”, “Underwater”, “Godzilla King of Monsters”, “Aquaman”, “X-Men”, “Dark Phoenix” və digər xarici filmlərdə “FX artist” kimi çalışıb. 

Ustad dərsi “Zoom” proqramı vasitəsilə “Digitalart-lab” layihəsi iştirakçıları üçün nəzərdə tutulan proqrama əsasən keçirilib.