“Digitalart-lab” layihəsinin növbəti görüşü Azərbaycanda animasiya sənətinə həsr olunub.

12.04.2021 / Görüşlər
“Digitalart-lab” layihəsinin növbəti görüşü Azərbaycanda animasiya sənətinə həsr olunub.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə animator, ''Azanfilm'' studiyasının direktoru Mansur Şəfiyevlə “Azərbaycanda animasiya sahəsi” mövzusunda ustad dərsi baş tutub.

Ustad dərsi Azərbaycanda animasiya sahəsindəki yeniliklər, tətbiq edilən metodlar, həmçinin bu istiqamətdə çalışan rəssamların yaradıcılığını dəstəkləmək məqsədilə keçirilib.

Görüşdə Mansur Şəfiyev “Animasiya” adlı təqdimat ilə çıxış edərək, ümumilikdə  mövzu ilə bağlı “Digitalart-lab” layihəsi iştirakçılarının suallarını cavablandırıb və rəssam Azərbaycanda animasiya sahəsində qazandığı təcrübələrini bölüşüb.

Xatırladaq ki, ''Azanfilm'' studiyasının direktoru vəzifəsində çalışan animator Mansur Şəfiyev  Azərbaycanda  bir çox animasiya filmlərində rəssam kimi fəaliyyət göstərmişdir.

Ustad dərsi “Zoom” tətbiqi vasitəsilə “Digitalart-lab” layihəsi iştirakçıları üçün nəzərdə tutulan proqrama əsasən keçirilib.