Can Azərbaycan” yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırılma və Xətai Akvarel Qalereyasının açılış mərasimi keçirilib.

28.04.2021 / Mühüm hadisələr
Can Azərbaycan”  yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırılma və Xətai Akvarel Qalereyasının açılış mərasimi keçirilib.

27 aprel tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “İWS Azerbaijan” (İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə elan  olunmuş  “Can Azərbaycan” yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırılma və Xətai Akvarel Qalereyasının açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov  “Can Azərbaycan” müsabiqəsinin qaliblərini təbrik edib, akvarel və qrafika  sənəti ilə məşğul olan rəssamlara uğurlar arzulayıb, müsabiqənin əhəmiyyətindən söz açıb.

Daha sonra Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov və İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Səbinə İskəndərli qaliblərin mükafatlarını təqdim ediblər. 

Tədbirin sonunda  qonaqlar yeni yaradılmış Xətai Akvarel Qalereyası ilə tanış olublar.