“Digitalart-lab” layihəsi çərçivəsində “3D modelləşdirmə və tekstur” mövzusunda ustad dərsi keçirilib.

30.04.2021 / Ustad dərsləri
“Digitalart-lab” layihəsi çərçivəsində “3D modelləşdirmə və tekstur” mövzusunda ustad dərsi keçirilib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Digitalart-lab” layihəsi çərçivəsində hazırda İstanbulda yaşayan 3D modelləşdirmə üzrə rəssam Əsgər İsmayılovun “3D modelləşdirmə və tekstur” mövzusunda ustad dərsi baş tutub.

Ustad dərsi 3D modelləşdirmə sahəsindəki yeniliklər, film və oyun sənayesindəki yaranan müasir tendensiyaları, istifadə edilən metodların tətbiqini göstərmək məqsədilə keçirilib.

Görüşdə Əsgər İsmayılov 3D modelləşdirmə sahəsində tətbiq edilən yenilikləri, bu sahədə qazandığı təcrübələrini “Digitalart-lab” layihəsinin iştirakçıları ilə bölüşüb və onların suallarını cavablandırıb.

Xatırladaq ki, Əsgər İsmayılov 2014-cü ildən rəqəmsal incəsənətin “3D modelləşdirmə” sahəsi ilə məşğuldur. 

Ustad dərsi “Zoom” tətbiqi vasitəsilə “Digitalart-lab” layihəsi iştirakçıları üçün nəzərdə tutulan proqrama əsasən keçirilib.