“Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində elan edilən müsabiqəyə seçimlər başa çatıb və festival iştirakçıları müəyyənləşib.

14.05.2021 / Festival
“Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində elan edilən müsabiqəyə seçimlər başa çatıb və festival iştirakçıları müəyyənləşib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” çərçivəsində “Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində elan edilən müsabiqəyə seçimlər başa çatıb və festival iştirakçıları müəyyənləşib.  

Müsabiqə  rəssamlıq istedadına malik olan uşaqlar, yeniyetmə və gənclərin yaradıcılıq duyğularını və bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibəti formalaşdırmaq və ona yanaşma tərzini təkmilləşdirmək, doğma Vətənə məhəbbət hisslərini artırmaq, həmçinin rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsində göstərdiyi qəhrəmanlığı gəncliyə aşılamaq məqsədilə keçirilib. 

Müsabiqədə 150-dən çox yaradıcılıq mərkəzi  iştirak etmiş və 108  saylı tam orta məktəb, Masallı rayon Onbirillik İncəsənət Məktəbi, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzi, 179 saylı məktəb, Biləsuvar rayon Xırmandalı kənd UİM, Fikrət Əmirov adına 6 № Onbirillik İncəsənət Məktəbi, 147 № Texniki-Humanitar Lisey, 245 № saylı tam orta məktəb, 247 saylı tam orta məktəb, Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbi, Gəncə şəhər UİM, Laçın rayon 20 saylı tam orta məktəb, Qazax Dövlət Rəsm Qalereyası, 5 saylı UİM, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi, Neftçala rayon UİM, Şəki “Asan xidmət” rəsm kursları, 4 saylı UİM, 34 saylı tam orta məktəb, 273 saylı tam orta məktəb, 1 saylı UGİM, 117 saylı tam orta məktəb, 212 saylı orta məktəb, 279 saylı tam orta məktəb, 310 saylı tam orta məktəb, Lənkəran şəhər 6 saylı məktəb, 69 saylı tam orta məktəb, Mingəçevir şəhər UGİM, Səbail 239 saylı məktəb, Sumqayıt şəhər 1 saylı UGİM, Sumqayıt şəhəri Verbal Tədris Mərkəzi, Zəngilan 33 saylı məktəb, 142 saylı tam orta məktəb, 173 saylı məktəb, 175 saylı məktəb, 221 saylı məktəb, 269 saylı orta məktəb, 276 saylı tam orta məktəb fəallıq göstərmişlər.

Qeyd edək ki, sərgilənmək üçün seçilən 500-ə yaxın əsər ölkəmizin müxtəlif  bölgələrindən qatılan 1500-ə yaxın yeniyetmə və gəncin təqdim etdiyi 2000-dən çox əsərin arasından seçilmişdir.

Əsəri sərgilənən müəlliflər sertifikatla və müsabiqənin iştirakçıları olan fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.

Həmçinin, 3 yaş kateqoriyası üzrə ən yaxşı 30 əsərin müəllifi festivala dəvət olunacaq, festival iştirakçıları diplom və hədiyyələrlə mükafatlandırılacaqdır.   

  • 17-21 yaş arası

Aytən Məmmədova  Xalid qızı  - Özfəaliyyət

Abdulova Zəhra Əkbər qızı – Azərbaycan Dövlət Pedaqoji Kolleci

Axundova Səbinə Eldəniz qızı - Şəki Asan xidmət” rəssamlıq kursları

Aytac Ağayeva Tərlan qızı - 1 nömrəli Uşaq - Gənclər inkişaf mərkəzi

Əliyeva Fatimə - ADMİU nəzdində Humanitar Kollec

Əliyeva Tamilla - Ə.S.İbrahimov adına Qobu qəsəbəsi 2 saylı tam orta məktəb

Quliyeva Zəhra - 209 nömrəli tam orta məktəb

Quluyev Eşqin - Qazax Dövlət Rəsm Qalereyası

Qurbanova Fatimə - Lənkəran şəhər S.Kazımbəyov adına 6 saylı orta məktəb liseyi

Şamil Hüseynli Telman oğlu – Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci 

 

  • 12 -17 yaş arası

Abidinov Mehdi Ceyhun oğlu - Lənkəran şəhər uşaq rəssamlıq məktəbi

Dadaşova Əfsanə - 108 saylı tam orta məktəb

Fatimə Həsənzadə  - 279 nömrəli tam orta məktəb

İbrahimzadə Nərgiz Azər qızı - Məktəb Lisey Kompleksi

Məmmədli Riyad - 20 nömrəli məktəb

Mövlamova Güllü - Şamaxı Şəhər İncəsənət Təhsili məktəbi

Qafurova Gövhər Rəhman qızı - 5 nömrəli Uşaq İncəsənət məktəbi

Qəribova Səidə Etibar - 313 nömrəli orta məktəb

Sadıqova Arzu - Qobu uşaq gənclər yaradıcılıq məktəbi

Zəkiyyə Abdullayeva - Biləsuvar rayon Xırmandalı kənd Uşaq İncəsənət Məktəbi

  • 7 -12 yaş arası

Ağayev Coşqun Xaliq oğlu - Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzi

Aydınlı Leyla - 245 nömrəli məktəb

Göyüşova Aysel Rəşad qızı - Binəqədi rayon 179 nömrəli məktəb

Bağırlı Dilbər - 117 saylı tam orta məktəb

Bünyatlı Nuray Teymur qızı - 276 nömrəli tam orta məktəb

Fərmanov Şənəl Zaur oğlu - Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzi

Heydərova Dilbər Samir qızı - Bakı şəhər M.İbrahimov adına 153 nömrəli məktəb

Mehdiyeva Zəhra Sübhan qızı - Binəqədi rayon 179 nömrəli məktəb 

Mehri Abbasova - Azerbaijan British College.

Nuray Daşqın qızı Qənbərova - 20 nömrəli məktəb-lisey

 

Sərginin kataloquna Azərbaycan Dövlət Rəsm Qalareyasının  və Xətai Sənət Mərkəzinin  sosial medya hesablarından, həmçinin aşağıdakı linkə toxunmaqla baxmaq olar.

https://www.yumpu.com/xx/document/read/65626616/azerbaycanm-4-cu-usaq-rsm-festivali-cercivesinde-onlayn-resm-sergisi-2021  

Müsabiqəyə Bakı Xətai Sənət Mərkəzinin  “Facebook” sosial media hesabı üzərində açılmış xüsusi qrupda (https://www.facebook.com/groups/144172178999749/?ref=share) 1 və ya  2 əsərinin fotosunu ad, soyad, təvəllüd, təhsil aldığı məktəb və əlaqə  nömrəsini yerləşdirməklə qatılmaq mümkün olmuşdur.

Mətbuat dəstəkçiləri: Azərtac, Lider TV, Olaylar, Mədəniyyət qəzeti, Edumap, Eduonline.az, Frame.az  və Tanışolaq jurnalıdır.  

Hollandiyanın boya markası olan “Royal&Talens”in "Artcreation" brendi tərəfindən tədbirin təşkilinə dəstək verilir.