XƏBƏRLƏR
1398
“Böyük qayıdış. Həsrətin sonu” adlı rəsm sərgisinə əsərlərin qəbulu başa çatıb.
20.05.2021 / Mühüm hadisələr
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə baş tutacaq “Böyük qayıdış.Həsrətin sonu” adlı rəsm sərgisinə əsərlərin qəbulu başa çatıb.
Xatırladaq ki, sərgi işğaldan azad edilmiş ərazilərə Azərbaycan mədəniyyətinin qaytarılması hədəflərinə uyğun olaraq, Azərbaycan Ordusunun rəşadət və qəhrəmanlığını təsviri sənət əsərlərində göstərmək məqsədilə keçiriləcək.
“Böyük qayıdış. Həsrətin sonu” adlı sərgiyə 80-dan çox rəssam müraciət edib və 62 əsər sərgilənmək üçün seçilib.
Sərginin virtual ekspozisiyasını tezliklə Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial mediadakı hesabları vasitəsilə izləmək mümkün olacaq.
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən www.azgallery.az saytına istinad zəruridir.