
XƏBƏRLƏR
1565
“AXIN” rəssamlara dəstək yarmarkası keçirilir.
24.05.2021 / Festival
1621874292.jpg)
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bravo marketlər şəbəkəsinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Koroğlu m/s yaxınlığında yerləşən "Bravo" hipermarketdə “AXIN” rəssamlara dəstək yarmarkası keçirilir.
Yarmarkada Azərbaycan Dövlət Rəsm Qalereyasının “AXIN” qrupunun rəssamlarının kiçik ölçülü rəngkarlıq, heykəltəraşlıq və dts nümunələrinin satışı təşkil olunub. Yarmarkada, həmçinin müxtəlif əyləncəli və öyrədici təsviri sənət mövzulu aksiyalar da (canlı naturadan karikatura və portret çəkilişi, ebru sənəti üzrə ustad dərslər, müxtəlif vorkşoplar və.s) görmək mümkündür.
Satış yarmarkası rəssamlara dəstək məqsədilə 29 may tarixinə kimi davam edəcək.
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən www.azgallery.az saytına istinad zəruridir.