XƏBƏRLƏR
1646
"AXIN” rəssamlara dəstək yarmarkası davam edir
29.05.2021 / Sərgilər
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bravo marketlər şəbəkəsinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə baş tutan “AXIN” rəssamlara dəstək yarmarkası davam edir.
Yarmarkada Azərbaycan Dövlət Rəsm Qalereyasının “AXIN” qrupu rəssamlarının kiçik ölçülü rəngkarlıq, heykəltəraşlıq və dts nümunələrinin satışı təşkil olunur.
Satış yarmarkası rəssamlara dəstək məqsədilə saat 17:00-dan 20:00-a kimi Koroğlu m/s yaxınlığında yerləşən Bravo hipermarketdə keçirilir.
Xatırladaq ki, bu gün satış yarmarkasının sonuncu günüdür.
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən www.azgallery.az saytına istinad zəruridir.