“Art Management” layihəsi çərçivəsində “Müəllif hüquq qanunvericiliyi haqqında” vebinar keçirilib.

02.10.2021 / Mühazirələr
“Art Management” layihəsi çərçivəsində “Müəllif hüquq qanunvericiliyi haqqında” vebinar keçirilib.
1 oktyabr tarixində Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Art Management” layihəsi çərçivəsində “Müəllif hüquq qanunvericiliyi haqqında” vebinar keçirilib.
Layihə çərçivəsində baş tutan təlim Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Müəllif-hüquq obyektlərinin qeydiyyatı və hüquq ekspertizası şöbəsinin müdiri Nadirə Bədəlbəyli tərəfindən keçirilib. O, vebinar iştirakçılarına müəllif hüquqları, incəsənət əsərləri ilə təmasda olma hüququ, rəsm əsərlərinin qeydiyyatdan keçirilməsi, əsərlərin onlayn qeydiyyat sistemi haqqında ətraflı məlumat verib və onların suallarını cavablandırıb.
“Zoom” tətbiqi vasitəsilə keçirilən vebinara qoşulan Hüquq, apellyasiya və daxili nəzarət şöbəsinin müdiri, baş hüquqşünas İqbal Əsgərov müzakirə edilən mövzuların yaradıcı şəxslərin gələcək karyeralarında böyük rol oynaycağını qeyd edib və iştirakçıları maraqlandıran suallara ətraflı cavab verib.
Qeyd etmək lazımdır ki, “Art Management” layihəsinə yaradıcı şəxslərin bu sahə üzrə hazırlıq səviyyəsini yüksəltmək, mövcud çatışmazlıqları vaxtında aşkar edərək tədbirlər görmək, proseslərin inkişafı üçün yeni bilgi və təcrübə mübadiləsi platformasını yaratmaq məqsədilə start verilib.