“Təsviri incəsənət sahəsində cinayətlər. Təsnifat. Tarix. Mübarizə üsulları” mövzusunda vebinar baş tutub.

12.11.2021 / Mühazirələr
“Təsviri incəsənət sahəsində cinayətlər. Təsnifat. Tarix. Mübarizə üsulları” mövzusunda vebinar baş tutub.

Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə  “Art Management” layihəsi çərçivəsində növbəti vebinar baş tutub.

Sənətşünas Sevil Kərimova “Təsviri incəsənət sahəsində cinayətlər. Təsnifat. Tarix. Mübarizə üsulları” mövzusunda təqdimatla çıxış edib və incəsənət sahəsində cinayətlər, onların növləri, obyektləri haqqında ətraflı məlumat verib və iştirakçıların suallarını cavablandırıb.

“Art Management” layihəsinə yaradıcı şəxslərin bu sahə üzrə hazırlıq səviyyəsini yüksəltmək, mövcud çatışmazlıqları vaxtında aşkar edərək tədbirlər görmək, proseslərin inkişafı üçün yeni bilgi və təcrübə mübadiləsi platformasını yaratmaq məqsədilə start verilib.

Art Management” layihəsi çərçivəsində baş tutan vebinarlar barədə məlumatları Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (www.azgallery.az), "Facebook" və "İnstagram" sosial media hesablarından izləmək mümkündür.