İncəsənət əsərlərinin onlayn auksionuna start verilib.

12.01.2022 / Mühüm hadisələr
İncəsənət  əsərlərinin onlayn auksionuna start verilib.

“Auction Baku” MMC şirkətinin təşkilatçılığı ilə incəsənət əsərlərinin onlayn auksionuna start verilib.

Növbəti auksion respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətliliyini gücləndirmək, ölkənin iqtisadi inkişafında yaradıcı sənayesinin rolunu artırmaq məqsədilə həyata keçirilir.

Onlayn auksionda Mikayıl Abdullayevin "Mənzərə", Mahmud Rüstəmovun "Glamours genetics n-:2", Rəşad Cabarovun “Pişiklə söhbət”, Fərman Qulamovun “Dəniz yaxınlığında”, Bəhruz Kuulun “Cənnətdən bir parça”, Namiq Məmmədovun “Ağ çiçəklər”, “Dua”, Həmzə Abdullayevin “Liman”, Səmədağa Cəfərovun , Bəxtiyar Yusufovun “Acı bibər”, Əliabbas Kərimovun “Gəmi”, Mirazər Abdullayevin “Sirr”, İlham Mirzəyevin “Ana məhəbbəti”, Vüqar Əlinin “Nəğmə” adlı əsərləri hərraca çıxarılıb.

Hərracda alıcı qismində iştirak etmək istəyən şəxslərdən “Auction Baku” MMC-nin rəsmi “İnstagram” səhifəsini (@auctionbaku.az) izləmələri xahiş edilir.  

Onlayn auksion yanvar ayının sonuna kimi davam edəcək.