2 Fevral - Gənclər Gününə həsr olunmuş “AXIN” adlı sərgi keçiriləcək

27.01.2022 / Sərgilər
2 Fevral - Gənclər Gününə həsr olunmuş “AXIN” adlı sərgi keçiriləcək
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının və Heydər Əliyev sarayının təşkilatçılığı ilə 1 fevral 2022-ci il tarixində saat 18:00-da Heydər Əliyev Sarayında “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində 2 Fevral - Gənclər Gününə həsr olunmuş “AXIN” adlı sərgi keçiriləcək.
Sərgi gənclərin cəmiyyətdəki fəallığının təmin edilməsi, istedad və bacarıqlarının üzə çıxarılması, mədəni tədbir və layihələrdə iştiraklarının dəstəklənməsi, bədii-estetik zövqünün formalaşdırılması məqsədilə keçiriləcək.
Sərginin ekspozisiyasında 40 nəfərə yaxın gənc rəssamın rəsm əsəri sərgilənəcək.