XƏBƏRLƏR
“XATİRƏLƏRDƏ QALAN OYUNCAQLAR” adlı uşaq yaradıcılıq müsabiqəsinə əsər qəbulu başa çatmışdır.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Bakı Dövlət Sirki və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində elan olunmuş “XATİRƏLƏRDƏ QALAN OYUNCAQLAR” adlı uşaq yaradıcılıq müsabiqəsinə əsər qəbulu başa çatmışdır. Müsabiqəyə ölkəmizin müxtəlif güşələrindən 1000-dən çox əsər təqdim olunmuşdur.
Yaş həddi nəzərdə tutulmamış tədbirə iştirakçılar uşaq vaxtı ən çox sevdikləri və arzuladıqları oyuncağın rəsmini çəkməklə və ya materiallardan (metal, gil, ağac, kağız, plastilin, parça) maketlər hazırlamaqla, həmçinin xatirə əhəmiyyəti daşıyan oyuncaqlarla da qatılmışdılar.
Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.
Münsiflərin seçimi əsasında I turdan keçmiş oyuncaq və əşyalar sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaqdır və sərgilənəcək
Sərgidən seçilmiş 50-yə yaxın əsər Bakı Dövlət Sirkinin foyesində nümayiş olunacaq və onların müəllifləri həmin gün üçün planlaşdırılış sirk tamaşasına baxmaq şansı əldə edəcək. Nəzərinizə çatdıraq ki, yaradıcılıq müsabiqəsinə seçilən iştirakçıların siyahısı Xətai Sənət Mərkəzinin sosial media hesabları (facebook-Xetaisenetmerkezi,instagram-@xetaisenetmerkezi) və Azərbaycan Dövlət Rəsm Qalereyası sosial media hesabları, (facebook-ADRQalereya.az, [email protected]) həmçinin qalereyanın rəsmi internet saytı (www.azgallery.az) vasitəsilə yayımlanacaq.
Seçimlərindən narazı qalanlar olarsa (müəllim, valideyn və şagird) seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində [email protected] elektron poçt ünvanına müraciət edə bilər.
Əlavə suallar üçün 0513107401 whatsapp nömrəsinə müraciət etmək olar.
Sərginin Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun təşkil olunacaq.
Mətbuat dəstəkçiləri: Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Azərtac, Mədəniyyət qəzeti, Azpress.az, Milli.az, Trend news agency, Day.az, Edumap, Eduonline.az, Frame.az, xsm.az və Tanışolaq jurnalı