8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi açılıb.

09.03.2022 /
8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi açılıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi açılıb.

Sərgi cəmiyyətdə qadının roluna diqqət çəkmək, onların yaradıcılığının dəstəklənməsi, rəssamlıq sənətinə marağı artırmaq, bu mövzuya həsr olunan əsərlərin təbliği məqsədilə keçirilib.

Sərgidə çıxış edən Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov sərginin əhəmiyyətindən danışıb, Azərbaycan qadınının cəmiyyətin müxtəlif sahələrində tutduğu mövqeyə diqqət çəkib, onların hər zaman milli-mənəvi dəyərlərə arxalanan, həmçinin mərdliyin, cəsarətin və gözəlliyin simvolu kimi tarixdə önəmli yerə sahib olduğunu vurğulayıb.

Sərginin ekspozisiyasında Elnarə Xanlarova “İşıqlı dünyam”, Əfşan Əsədova “Güllər”, Aytən Əkbərova “Qadın günəşdir”, Fəridə Həsənli “Azərbaycan gözəli”, Leyla Altunay “Antik daraqlar”, Məlahət İsmayıl “Əsrin gözəli”, Gülparə Məmmədova “Lavanda”, Rufanə Dünyamalıyeva “Vaxtsız açan qızılgüllər”, Selcan Seyfullayeva “Quba-Afurca”, Təhminə Əli “Məsum baxışlar” və s. kimi 30-a yaxın rəssamın əsərləri nümayiş olunub