“XATİRƏLƏRDƏ QALAN OYUNCAQLAR” adlı uşaq yaradıcılıq müsabiqəsinin birinci hissəsi keçirilib.

12.03.2022 /
“XATİRƏLƏRDƏ QALAN OYUNCAQLAR” adlı uşaq yaradıcılıq müsabiqəsinin birinci hissəsi keçirilib.
11 mart tarixində Xətai Sənət Mərkəzidə “XATİRƏLƏRDƏ QALAN OYUNCAQLAR” adlı uşaq yaradıcılıq müsabiqəsinin birinci hissəsi keçirilib.
Müsabiqə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan DövlətRəsm Qalereyası, Bakı Dövlət Sirki və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Sərgidə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov iştirakçıları salamlayaraq elan edilən müsabiqənin əhəmiyyətindən danışıb.
Daha sonra Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov və Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov müsabiqə ilə bağlı təəssüratlarını bölüşüblər.
Əsəri sərgilənən müsabiqənin iştirakçıları və fəal məktəb, lisey, dərnəklər təşəkkürnamə ilə təltif olunublar.
Müsabiqədə seçilmiş əsərlər 4 gün ərzində Xətai Sənət Mərkəzində nümayiş ediləcək.