Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov Türkiyənin Ankara Hacı Bayram Veli Universitetinin Gözəl Sənətlər Fakültəsinin dekanı Prof.dr.Fülya Bayraktarla görüşmüşdür

08.09.2021 / Beynəlxalq əməkdaşlıq
Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov Türkiyənin Ankara Hacı Bayram Veli Universitetinin Gözəl Sənətlər Fakültəsinin dekanı Prof.dr.Fülya Bayraktarla görüşmüşdür

Görüş zamanı Dövlət Rəsm Qalereyası ilə Ankara Hacı Bayram Veli Universitetinin Gözəl Sənətlər Fakültəsi arasında iki ölkə rəssamlarının qarşılıqlı tanıdılması, onların yaradıcılığının təbliği, birgə konfrans, seminar və vebinarların təşkili qalereya əməkdaşlarının ixtisasartırma kurslarına və stajkeçmələrə cəlb olunması məsələləri barədə fikir mübadiləsi aparılmışdır.

Dekan yardımçısı Doç.Dr.Mehtap Bingöl Q.Qasımovu Gözəl Sənətlər Fakültəsində yaradılan şərait və imkanlarla, eyni zamanda bərpa, rəngkarlıq, fotoqrafiya, dizayn sahəsində çalışan professor və mütəxəssislərlə tanış etmişdir.