Sülh və firəvanlıq “simvolu”

08.06.2022 /
Sülh və firəvanlıq “simvolu”

İnsanların həyatında maddi və mənəvi ehtiyyacları mövcuddur. Maddi ehtiyaclar cismimizi, mənəvi ehtiyaclar isə ruhumuzu qidalandırır. Ruhumuzun ən çox incəsənətə; musiqi, ədəbiyyat, rəsm və s. ehtiyacı vardır. İncəsənət bəzi xalqların tarixində böyük rol oynamaqla yanaşı, mədəniyyətin də formalaşması və orijinal olmasının başlıca meyyarıdır. Qədim insanların belə inanclarını yerinə yetirmək üçün totemlərin təsvirlərini yaratması, səslər çıxararaq musiqi yaratmaları bizə “insan varsa incəsənət var” demək olduğunu sübut edir. Hər hansı bir şeyin kəşfi ilə ehtiyacların ödənməsinin kölgəsində incəsənət işıqları görünmüşdür.  

Çində kağızın ixtirası təkcə ədəbiyyatın inkişafına deyil, həmçinin bir digər sənət növünün yaranmasına təkan verdi. İlk əvvəllər kağızın bahalı xammal olmasından irəli gələrək yalnız zadəganlar və hakim zümrəsindən əsasən qızların yaratdığı və xüsusi bacarıq tələb edən bu sənət növü Oriqamidir. Oriqami yapon sözü olub ori “qatlamaq” qami isə “kağız” mənasına gəlməkdədir. Çində kağızın kəşfi ilə yaranan bu sənət növünün inkişaf edərək bir sənət kimi ucalması isə Yaponiyaya aiddir. İlk başlarda Çində yarandığı və rahiblər tərəfindən Yaponiyada təbliğ olunduğu güman edilir.

Oriqami heç bir alətdən istifadə etmədən, yapışdırmadan hazırlanan kağız qatlama sənətidir. Kiçik yaşlarımızda hər birimizin hazrladığımız gəmi fiqurları oriqaminin ən sadə növləridir. Oriqami klassik və parçalı olaqla 2 növə ayrılır.    

Klassik oriqami bir tək kağızla hazırlanır. İki və ya daha artıq hissə istifadə edilərək klassik oriqami ilə heyvan və ya əşya fiqurları hazırlanır. Modulyar oriqami kimi də adlandırılan hissəli oriqami oxşar parçaların birləşdirilməsi ilə hazırlanır, heyvan və ya əşyadan çox 3D və həndəsi fiqurların hazırlanması üçün istifadə olunur. Hissə sayı hüdudsuz olan modulyar oriqami sökülüb yığılan oyuncaqlara oxşayır və eyni hissələrlə bir çox fərqli fiqur hazırlamaq mümkündür. Oriqami ümumiyyətlə kvadrat kağızlardan hazırlansa da kağız formasında hər hansı bir məhdudiyyət yoxdur.

Yaradıcılıq məhdudiyyəti olmayan sənət növündə müxtəlif xüsusiyyətlərə malik heyvan və fəza fiqurları və ya hər hansısa bir obyektin fiqurunu yaratmaq mümkündür. Zəngin mədəniyyətə sahib olan Yaponiyanın qədim ənənələrində mühüm yerə malik Oriqami sənətinin bəzi fiqurlarına mistik mənalar yükləmişlər. Durna quşu fiquru xüsusi mahiyyətə malikdir. Əfsanələrə görə arzu tutub 1000 durna quşu fiquru hazrlayan insanın arzuları gerçəkləşir. Durna quşunun daha çox tanınması isə 1945-ci ildə Hiroshima atom bombasının partlaması nəticəsində qan xərçəngi olan 11 yaşlı Sadako Sasaki 1000 durna quşu düzəltməyə başlayır. Bəzi mənbələrdə 600-700 arası fiqur düzəltdiyi yazılsa da realda Sasako 1000-dən çox fiqur düzəltməyə nail olmnuşdur. Lakin Sadako vəfat etsə də dünyaya barış simvolu olmuşdur. Bu hadisə Hiroshimada Dünya uşaq barış gününün meydana gəlməsinə və bu günün şərəfinə Sadakonun Seatledə heykəlinin qoyulmasına vəsilə olmuşdur. Hər il avqust ayının 6-sında qeyd olunan barış günündə, dünya səviyyəsində bir çox uşaq tərəfindən edilən durna quşu oriqamileri Xirosimaya göndərilir. Kiçik bir kağızdan böyük simvola çevrilən sənət, incəsənətin insanlara sülhü aşıladığını və eyni zamanda insanların daxili keyfiyyətlərinin tərbiyyələndirilməyinin ən əvəzsiz üsuludur.  

Kağızların kəsilərək forma verilməsi də oriqaminin bir növü olan kiriqamidir. Kiriqami Yaponca “Kiri” (Kəsmək) və “Qami” (Kağız) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Kiriqami hazırlanarkən ilk olaraq kağız qatlanılıb fiqur yaradılır daha sonra kəsiləndən sonra açılıb fiqurun əsas forması meydana gəlir. Əsasən simmetrik olan bu sənət növü vasitəsilə qar dənəciyi, ulduzlar və ya müxləlif çiçəklərlə yanaşı simmetrik olmayan daha mürəkkəb fiqurlar da hazırlamaq mümkündür. Kiriqaminin əsas xüsusiyyəti yalnız bir kağızdan hazırlanmasıdır.     

Oriqami müasir dövrdə bir o qədər də inkişaf etməsə də əsasən həvəskarlar tərəfindən öyrənilməyə davam edilir. Sibho Mabona, Atilla Yurtkul kimi sənətkarlar isə oriqami sənətində proffesional olaraq davam edən nadir insanlardır. Xammalın kağız olması bu sənət əsərlərinin ömrünün az olmasına səbəb olduğundan tarixi texnikası və ya ən qədim oriqami haqda dəqiq məlumat vermək mümkün deyil.

 

Şəbnəm Əzizova

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi