İncəsənətdə süni intellektin (Sİ) rolu…

24.06.2022 /
İncəsənətdə süni intellektin (Sİ) rolu…

Süni intellekt insan zəkasının və öyrənmə proseslərinin simulyasiyasıdır. Bu sahədə araşdırmalar aparan elmin adı da məhz belə səslənir. Süni intellekt üzərində çalışan alimlər insanlar kimi işləyən və reaksiya verən ağıllı texnoloji maşınlar yaratmağı hədəfləyirlər. İnsan intellektini təqlid edən proqrama süni intellekt deyilir.

Maraqlıdır, alqoritmik sənət nədir? "Alqoritmik sənət və ya alqoritm sənəti, əsasən vizual sənət, dizaynın bir alqoritm tərəfindən yaradıldığı bir sənət növüdür. "Beləliklə, əsasən, bu kompüter sahəsinin bir qrup generativ alqoritm və sənət ilə kəsişməsidir. "Alqorist" termini alqoritmlərlə sənət yaradan şəxs anlamını verir. "Alqorist" alqoritmik sənət yaradan rəqəmsal rəssamlara deyilir.

Bəs "generativ sənət" termini nə deməkdir? General sənət vahid sistemdən istifadə edərək tam və ya qismən bir sənət əsərinin istehsal prosesidir. Bu termin, alqoritmik sənət termini ilə demək olar ki eyni mənanı kəsb edir. Biz süni intellektdən bəhs ediriksə əgər, ML (Maşın öyrənmə) və DL ( Deep Learning(dərin öyrənmə))-dən də bəhs etməyə məcburuq.

Sənət əsərləri yaratmaq üçün ML və DL-dən necə istifadə edilir? Generative Adversarial Networks (GAN) şəbəkələrinə müraciət etmək lazımdır. Beləki, GAN-lar bədii simfoniyaları yaradan, dizayn edən, çəkən, bəstələyən, zənginləşdirən və istehsal edən çox güclü sistemlərdir.

Müasir sənət dünyasında rəqəmsal sənət əsərləri, rəsm və ya heykəltəraşlıq ənənəvi sənət üsulları kimi son illərdə sürətlə inkişaf edir. Rəssamlar əsrlər boyu davam etdirdikləri sənət axtarışlarına inkişaf etməkdə olan dünyada rəqəmsal yollarla yanaşmağa başlayıblar. Kripto İncəsənət və NFT-lər (Non-Fungable Tokens) buraya şamil edilə bilər.

“Kripto sənəti (həmçinin CryptoArt və ya Cryptoart adlanır) blockchain istifadə edərək istehsal olunan sənət kateqoriyasıdır.”

Kriptovalyuta sənətinin populyarlığı blokçeyn kimi şəbəkələrin, məsələn, Bitcoin və Ethereum kriptovalyutalarının yayılması ilə xeyli artmışdır ki, onlar mərkəzləşdirilməmiş sistemlərin və kriptoqrafiyanın inkişafından sonra daha da artmışdır. Blockchain texnologiyası elə bir ekosistem yaratdı ki, burada rəqəmsal sənət əsərləri yalnız kimsə tərəfindən alına, satıla və ya toplana bilər.

CryptoArt-ı rəqəmsal yaradıcılıqda kolleksiyaçılıq etmək və ya ticarət üçün blokçeyn yolu kimi düşünə bilərik. Bəs NFT? NFT texnologiyası sayəsində rəqəmsal sənət əsərləri orijinallığını qoruyub saxlaya və həm də dəyişdirilə bilər. Rəqəmsal dizaynların və sənət əsərlərinin unikallığını sənədləşdirən bu texnologiya sənət tarixi üçün inqilabi xarakter daşıyır. Bu, təkcə sənətə və rəssamlara dəyər qatmır, həm də əsəri və sənətkarı qloballaşdırır. NFT artefaktlarını sadəcə toplamaq və ticarət etmək imkanı verən bir sıra NFT bazarları və layihələri vardır. Əksər NFT bazarları NFT toplanması və ticarətini asanlaşdıran Ethereum əsaslı şəbəkələr və tokenlər üzərində qurulur. Ən böyük kapitallaşdırılmış NFT bazarları

  • OpenSea
  • SuperRare
  • Rarible
  • Foundation
  • KnowOrigin
  • Binance NFT

Son illərdə əhəmiyyəti artan və adını çox eşitməyə başladığımız süni intellekt; Təbii olaraq inkişaf etməyən və insan əli ilə hazırlanmış maşın və robotlara yüklənən rəqəmsal zehnin nümunəsidir.

İncəsənət üçün texnologiya əsrlər boyu istifadə edilmişdir. Nitsşe yazı maşınından (daktilo və ya yazı makinası) istifadə edən ilk filosoflardan biridir. Daktilo ilə yazı yazmağa başlayandan sonra yazılarının məzmunu və üslubu dəyişməyə başladı. Əvvəlcədən yazılan və indi yazılan yazı arasında fərq var. Ona görə də deyirdi ki, “yazı  vasitələrimiz düşüncələrimizə  təsir edir”. Bundan başqa, 1973-cü ildə rəssam Harold Koen tərəfindən yazılmış AARON kompüter proqramı orijinal və bədii obrazlar yaradmaq qabiliyyətinə malik idi. Aaron proqram təminatı John McCarthy tərəfindən istehsal olunan LISP proqramlaşdırma sistemi ilə həyata keçirilmişdi. AARON abstrakt rəsmlərlə başladı və təxminən on il ərzində daşları, bitkiləri və insanları üç ölçülü məkanda yerləşdirməyi zamanla öyrəndi. Koenin rəngləmə bacarığını proqramlaşdırması 20 il çəkmişdir. AARON-un rəngləmə zamanı real boya və fırçalardan istifadə etməyə imkan verən proqram təminatı ilə işləyən xüsusi mexanizmi vardır.

Bir başqa proqram olan, İngilis kompüter alimi Simon Coltonun 2001-ci ildə yazmağa başladığı Painting Fool proqramı ilk olaraq foto kitabxanalardan və istifadəçidən, daha sonra xəbər saytlarından oxuduğu xəbər mətnlərindən "emosional vəziyyətləri" götürərək və həmin duyğuları vizual şəkildə əks etməyə başlayaraq yeni bir üsula çevrildi.

2019-cu ilin iyun ayının əvvəlində “İlk ultra realist robot rəssam hesab edilən Aida” təqdim edildi. Onun mexaniki qabiliyyətləri süni intellektə əsaslanan alqoritmlərlə birləşərək ona rəsm çəkməyə, rəngləməyə və hətta heykəltəraşlıq etməyə imkan verir. O, süni gözü və əlindəki qələmlə insanları təsvir edə bilir. Aidanın işi və ilk fərdi sərgisi “Təminatsız Gələcəklər” 2019-cu ilin iyul ayında Oksford Universitetində nümayiş etdirildi. Aidanın real şüuru, düşüncəsi, hissləri yoxdur, buna rəğmən olduqca uğurlu layihə kimi həyata keçirilmişdir.

Keçmişdən bu günə nəzər salsaq, bütün texnoloji inkişaflar həyatımıza dəyişikliklər bəxş edib. Bu dəyişikliklər incəsənət sahəsinə də əsla biganə qalmamışdır. Süni intellekt mövzusunu bütün xırdalıqları ilə araşdıran riyaziyyatçı (və deputat) Cédric Villani deyir: “İntellekt sözü çox da düzgün səslənməyə bilər. Bəlkə də, intellekt yerinə “tamamilə xətasız alqoritm” deməliyik.

Son zamanlarda tarixi dəyəri olan məşhur rəsmlərin orijinallarını təqlidlərindən ayırmaq üçün yeni hazırlanmış proqram (süni intellekt) hazırlanmışdır.

İncəsənət əsərlərindəki saxtakarlıqları aşkar etmək üçün bir sıra çətin və bahalı peşəkar proseslər tələb olunur. İncəsənət tarixçiləri saxta rəsmləri ayırd etmək üçün uzun illər texnologiyadan istifadə edirlər. İnfraqırmızı skan sistemləri və bir çox elektron yoxlama üsulları ilə saxta əməliyyatları aşkar etmək çox da mümkün deyil.

Süni intellekt sayəsində saxta tabloları artıq insan şərhinə ehtiyac olmadan ayırd etmək olar. Bunun üçün hazırlanan proqramlar rəsmlərin üzərindəki fırça vuruşlarına baxaraq qısa müddətdə rəsmin orijinallığı haqqında məlumat verə bilir.

Rəssamlar öz yaradıcılıq proseslərində süni intellektdən necə istifadə edə bilərlər? Bildiyimiz kimi, incəsənətdə süni intellektin rolu və rəssam ilə Sİ arasındakı əlaqə hələ də inkişaf etməkdədir.

Bəzi insanlar bu yeni texnologiyanın cəmiyyətdə insanları əvəz edəcəyinə inanır və buna görə də insan əsaslı sənətə ehtiyac qalmayacağını düşünür.

Süni intellekt rəssamlara yaradıcılıq proseslərində necə kömək edə bilər?

Süni intellekt yaradıcılara bir sıra üsullarla kömək edir, o cümlədən keçmişin tanınmış rəssamlarının üslublarını təqlid etməkdə onlara yardımcı olur. Bu təqlid və çoxalma qabiliyyəti əsərin yaradılmasında və bərpasında faydalı ola bilər. Süni intellekt Rembrandtın “Gecə gözətçiləri” əsərini bərpa etdi.

Bir çox insanlar AI-art adlı yeni bir sənət janrının yaranması ilə bağlı fərziyyələr irəli sürür. Bu yeni janr mürəkkəb alqoritmlərdən istifadə etməklə yaradılmışdır.

Nəticə etibarı ilə süni intellekt bədii istehsalda passiv vasitə  olmaqdan uzaqlaşaraq əsərlərin istehsalında aktiv amil kimi yer almağa müvəffəq olmuşdur.

Növbəti maraqlı nüans süni intellektin insan yaradıcılığından üstün mövqedə mövcud olub-olmamasıdır. Antroposentrik nöqteyi-nəzərdən, digər canlılardan üstün zəka qabiliyyəti sayəsində bütün dünyanı idarə edəcək güc səviyyəsinə çatmış bir insanın, zəkasına, intellektinə sahib bir varlığa sual dolu yanaşması isə tamamilə normaldır.

Sonda belə bir sual ortaya çıxacaqdır; “Siz süni intellekt tərəfindən yaradılan hər hansı bir sənət əsərinə əsl “sənət əsəri” gözü ilə baxa biləcəksinizmi?

 

Mənbə

  1. Baraniuk, C. (June, 2017). Artificially Intelligent Painters Invent New Styles Of Art, Web: https://www.newscientist.com/article/2139184-artificially-intelligent-painters- invent-new-styles-of-art/
  2. Bildshahri, R. (June, 2019).The Rise of Art and What It Means For Human, Web: https://singularityhub.com/2019/06/17/the-rise-of-ai-art-and-what-it-means-for- human-creativity/
  3. Chowdhury, I. (October, 2011). Artificial Intelligence, Web: https://www. slideshare.net/IndranilChowdhury1/artificial-intelligence-9546586
  4. Oldwood, G. (July, 2015). How To Generate Your Own Images With DeepDream, Google’s New Open Source Tool For Visualizing Neural Networks, Web: https://www.download3k.com/articles/How-to-Generate-Your-Own-Images-with

 

Nigar Hətəmova

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi