Qazax məktəbinin “Qaraqoyunlu” xalçası

13.10.2022 /
Qazax məktəbinin “Qaraqoyunlu” xalçası

İncəsənətin gözəl, insana zövq bəxş edən növlərindən biri  xalçaçılıq sənətidir. Xalça firəvanlıq simvolu, rəmzi daşıyır. Azərbaycanda hər bir əhəmiyyətli hadisəni əks etdirmək üçün xalça toxumaq ənənəsi mövcud olmuşdur: məsələn, uşağın doğulması münasibətilə toxunan xalçalar, gələcək gəlinlərin cehizlik üçün toxuduqları xalçalar, elçilərin qarşısına sərilən xalçalar, məscid və kilsələr üçün toxunan xalçalar, toy yaxud yas mərasimləri üçün toxunan xalçalar buna aiddir. Keçmiş zamanlarda insanlar xalça toxuculuğundan estetik və dekorativ məqsədlər üçün eyni zamanda da soyuqdan qorunmaq üçün istifadə edirdilər.

Azərbaycan şifahi xalq ədəbiyyatında, aşıq yaradıcılığında və dastanlarımızda da xalça mövzusuna toxunulmuşdur. Məsələn, Koroğlu dastanında  belə bir ifadə var: "Koroğlunun gözü uzağı çox yaxşı görürdü, anası onu üç yaşınadək xalça üstündə böyütmüşdü. Ayağı torpaq görməmişdi...". Eyni zamanda  atalar sözlərində də xalça haqqında söylənmiş fikirlərə rast gəlirik. Məsələn, "Xalına bax, xalı toxu", "Xalını xovuna sığallarlar", "Xalça salan özü oturar", "Xalçalı gəl, xalçalı get".

Xalçanın tarixi qədim dövrdən başlayır. XX əsrin ortalarında rus arxeoloqları Pazırıq kurqanında qazıntı işləri aparan zaman  sənət əsərləri aşkar etmişlər və bu sənət əsərləri içərisində  2500 il bundan əvvəl Qarabağda toxunmuş Bərdə xalısı da aşkar olunmuşdu. Bərdə xalısı bu gün Sankt- Peterburq şəhərində yerləşən Ermitaj muzeyində saxlanılmaqdadır. 

Azərbaycan xalçaları yunun keyfiyyətinə, rəng çalarlarına, naxışlarına, obrazlarına görə bir-birindən fərqlənirlər. Azərbaycan xalçaları coğrafi mövqeyinə, naxış, kompozisiya, rənginə və texniki xüsusiyyətlərinə görə 7 xalçaçılıq məktəbinə bölünmüşdür: Abşeron xalçaçılıq məktəbi, Gəncə xalçaçılıq məktəbi, Qarabağ xalçaçılıq məktəbi, Qazax xalçaçılıq məktəbi, Quba xalçaçılıq məktəbi, Təbriz xalçaçılıq məktəbi, Şirvan xalçaçılıq məktəbi.

Qazax xalçaçılıq məktəbinə, "Şıxlı xalçası", "Borçalı xalçası", "Qaymaqlı xalçası", "Qaraqoyunlu xalçası", "Qarayazı xalçası", "Qaraçöp xalçası", "Qaçağan xalçası", "Dağkəsəmən xalçası", "Dəmirçilər xalçası", "Kəmərli xalçaları", "Göyçəli xalçaları", "Salahlı xalçaları" və s. xalçalar daxildir. Qazaxda yaşayan insanlar heyvandarlıqla daha çox məşğul olduğuna görə burada xalçaçılıq geniş yayılmışdır.Bu xalçalar insanların maraq dünyasına müsbət təsir göstərmişdir. Bu məktəbin xalçalarının xüsusi özəlliyi ondadır ki, sıx toxunuşlu, həndəsi ornamentli, al-əlvan rəngli, əjdaha təsvirli olmasıdır. Əjdaha şər qüvvələrini təmsil etmişdir. Əjdaha təsvirli xalçalar fantastik xarakter daşıyır. Əjdahalı Qazax xalçası Azərbaycan Xalça muzeyində qorunur. Qazax xalçalarının naxışları Avropa rəssamlarının diqqətini  cəlb etmişdir və  XV əsr italyan rəssamı Karlo Krivelonun "Müjdə", Alman rəssamı Hans Holbeynin  "Elçilər" tablolarında bu xalçaların təsvirinə yer verilmişdir.

Qazax xalçaçılıq məktəbinə daxil olan xalçalar siyahısına “Qaraqoyunlu” xalçalarını misal göstərə bilərik. Azərbaycanın bütün xalçaçılıq məktəbində demək olar ki, Qaraqoyunlu xalçası hazırlanır. “Qaraqoyunlu” xalçaları mədəni irsimizin gözəl nümunələrindən hesab olunur və mənşəyinə görə  türk incəsənət nümunəsi hesab olunur. “Qaraqoyunlu” xalçası məhz Qaraqoyunlu dövlətinin ərazisində toxunulduğuna gorə və məhz Qaraqoyunlu tayfasının adı ilə bağlı olduğuna görə belə adlanmaqdadır. Bu xalçanın üzərindəki ornamentlər, rəng çalarları xüsusilə diqqəti cəlb edir. Xalçanın  orta sahəsi arxa və ön plandan ibarətdir. Ön planın mərkəzində böyük göl yerləşir və gölün yuxarı və aşağı hissələrində  Muğan xalçalarını əks etdirən “köhnə naxış” vurulmuşdur. Xalça üzərində dini motivli ornamentlər əsasən namazlıqlar üçün səciyyəvidir və dini xarakter daşıyır. Xalçaya diqqətlə baxsaq hiss edərik ki, sanki  enli çiyinli insanın qabaqdan görünüşü təsvir olunub və bu daha çox fantastik xarakter daşıyır. Bundan başqa orta sahənin yuxarı hissəsində, müxtəlif elementlər düzülmüşdür və bu elementlər xalq arasında “Saqqaldarağı” adlandırılmışdır.

 “Qaraqoyunlu”  xalçaları Azərbaycanın xalçaçılıq sənətində özünəməxsus yer tutmaqdadır.

İncəsənətin gözəl, insana zövq bəxş edən növlərindən biri  xalçaçılıq sənətidir. Xalça firəvanlıq simvolu, rəmzi daşıyır. Azərbaycanda hər bir əhəmiyyətli hadisəni əks etdirmək üçün xalça toxumaq ənənəsi mövcud olmuşdur: məsələn, uşağın doğulması münasibətilə toxunan xalçalar, gələcək gəlinlərin cehizlik üçün toxuduqları xalçalar, elçilərin qarşısına sərilən xalçalar, məscid və kilsələr üçün toxunan xalçalar,  toy yaxud yas mərasimləri üçün toxunan xalçalar buna aiddir. Keçmiş zamanlarda insanlar xalça toxuculuğundan estetik və dekorativ məqsədlər üçün  eyni zamanda  da soyuqdan qorunmaq üçün istifadə edirdilər.

Azərbaycan şifahi xalq ədəbiyyatında, aşıq yaradıcılığında və dastanlarımızda da xalça mövzusuna toxunulmuşdur. Məsələn, Koroğlu dastanında  belə bir ifadə var: "Koroğlunun gözü uzağı çox yaxşı görürdü, anası onu üç yaşınadək xalça üstündə böyütmüşdü. Ayağı torpaq görməmişdi...". Eyni zamanda  atalar sözlərində də, xalça haqqında söylənmiş fikirlərə rast gəlirik. Məsələn, "Xalına bax, xalı toxu", "Xalını xovuna sığallarlar", "Xalça salan özü oturar", "Xalçalı gəl, xalçalı get".

Xalçanın tarixi qədim dövrdən başlayır. XX əsrin ortalarında rus arxeoloqları Pazırıq kurqanında qazıntı işləri aparan zaman  sənət əsərləri aşkar etmişlər və bu sənət əsərləri içərisində  2500 il bundan əvvəl Qarabağda toxunmuş Bərdə xalısı da aşkar olunmuşdu. Bərdə xalısı bu gün Sankt- Peterburq şəhərində yerləşən Ermitaj muzeyində saxlanılmaqdadır. 

Azərbaycan xalçaları yunun keyfiyyətinə, rəng çalarlarına, naxışlarına, obrazlarına görə bir-birindən fərqlənirlər. Azərbaycan xalçaları coğrafi mövqeyinə, naxış, kompozisiya, rənginə və texniki xüsusiyyətlərinə görə 7 xalçaçılıq məktəbinə bölünmüşdür: Abşeron xalçaçılıq məktəbi, Gəncə xalçaçılıq məktəbi, Qarabağ xalçaçılıq məktəbi, Qazax xalçaçılıq məktəbi, Quba xalçaçılıq məktəbi, Təbriz xalçaçılıq məktəbi, Şirvan xalçaçılıq məktəbi.

Qazax xalçaçılıq məktəbinə, "Şıxlı xalçası", "Borçalı xalçası", "Qaymaqlı xalçası", "Qaraqoyunlu xalçası", "Qarayazı xalçası", "Qaraçöp xalçası", "Qaçağan xalçası", "Dağkəsəmən xalçası", "Dəmirçilər xalçası", "Kəmərli xalçaları", "Göyçəli xalçaları", "Salahlı xalçaları" və s. xalçalar daxildir. Qazaxda yaşayan insanlar heyvandarlıqla daha çox məşğul olduğuna görə burada xalçaçılıq geniş yayılmışdır.Bu xalçalar insanların maraq dünyasına müsbət təsir göstərmişdir. Bu məktəbin xalçalarının xüsusi özəlliyi ondadır ki, sıx toxunuşlu, həndəsi ornamentli, al-əlvan rəngli,  əjdaha təsvirli  olmasıdır. Əjdaha şər qüvvələrini təmsil etmişdir. Əjdaha təsvirli xalçalar fantastik xarakter daşıyır. Əjdahalı Qazax xalçası Azərbaycan Xalça muzeyində qorunur. Qazax xalçalarının naxışları Avropa rəssamlarının diqqətini  cəlb etmişdir və  XV əsr italyan rəssamı Karlo Krivelonun "Müjdə", Alman rəssamı Hans Holbeynin "Elçilər" tablolarında bu xalçaların təsvirinə yer verilmişdir.

Qazax xalçaçılıq məktəbinə daxil olan xalçalar siyahısına “Qaraqoyunlu” xalçalarını misal göstərə bilərik. Azərbaycanın bütün xalçaçılıq məktəbində demək olar ki, Qaraqoyunlu xalçası hazırlanır. “Qaraqoyunlu” xalçaları mədəni irsimizin gözəl nümunələrindən hesab olunur və mənşəyinə görə  türk incəsənət nümunəsi hesab olunur. “Qaraqoyunlu” xalçası məhz Qaraqoyunlu dövlətinin ərazisində toxunulduğuna gorə və məhz Qaraqoyunlu tayfasının adı ilə bağlı olduğuna görə belə adlanmaqdadır. Bu xalçanın üzərindəki ornamentlər, rəng çalarları xüsusilə diqqəti cəlb edir. Xalçanın  orta sahəsi arxa və ön plandan ibarətdir. Ön planın mərkəzində böyük göl yerləşir və gölün yuxarı və aşağı hissələrində Muğan xalçalarını əks etdirən “köhnə naxış” vurulmuşdur. Xalça üzərində dini motivli ornamentlər əsasən namazlıqlar üçün səciyyəvidir və dini xarakter daşıyır. Xalçaya diqqətlə baxsaq hiss edərik ki, sanki enli çiyinli insanın qabaqdan görünüşü təsvir olunub və bu daha çox fantastik xarakter daşıyır. Bundan başqa orta sahənin yuxarı hissəsində, müxtəlif elementlər düzülmüşdür və bu elementlər xalq arasında “Saqqaldarağı” adlandırılmışdır.

 “Qaraqoyunlu” xalçaları Azərbaycanın xalçaçılıq sənətində özünəməxsus yer tutmaqdadır.

 

Quliyeva Nərmin

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi