XƏBƏRLƏR
2467
“Qalereya 1969” sərgi salonunda “Genosid-100” adlı sərginin açılış mərasimi baş tutmuşdur.
29.03.2018 / Konfranslar, İclaslar
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 29 mart 2018-ci il tarixində “Qalereya 1969” sərgi salonunda “Genosid-100” adlı sərginin açılış mərasimi baş tutmuşdur. Sərgidə Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan Eldar Babazadənin "Ana Fəryadı", Toğrul Nərimanbəyovun "Tərk edilmiş ev", Nazim Məmmədovun "Sərhədsiz" , Namiq Zeynalovun "Qaçqınlar", Elşən Hacızadənin "Erməni fəhşiliyi" və s. kimi əsərləri həm məzmun, həm də kompozisiya cəhətdən 1918-ci il də soydaşlarımıza qarşı törədilən soyqırımı ifadə edir. Sərgiyə maraq göstərənlər sırasında Ədliyyə Nazirliyi mərkəzi aparatının gənc əməkdaşları xüsusilə seçilirdi.
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən www.azgallery.az saytına istinad zəruridir.