“AZƏRBAYCANIM” VI RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI-1

11.05.2023 /
“AZƏRBAYCANIM” VI RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI-1

“AZƏRBAYCANIM” VI RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgilərinin may ayının 11-ə olan birincisi açıldı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “HEYDƏR ƏLİYEV İli”nə həsr olunmuş uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və bədii zövqünü inkişaf etdirilməsinə xidmət məqsədi ilə keçirilən “AZƏRBAYCANIM” VI RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgilərinin may ayının 11-ə olan birincisi açıldı Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor müavini Gülşən Qəribli açaraq tədbir iştirakçıları salamladı.Söz alan Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov tədbirin əhəmiyyətindən danışdı və balaca rəssamların çəkdikləri çiçəklərin Heydər Əliyev ilinə böyük bir tövhə olduğunu qeyd etdi. Söz alan Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi baş məsləhətçisi xanım Turan Cəfərova Xətai Rayon İcra Hakimiyyəti icra başçısının salamlarını çatdırdı və Azərbaycanın gələcəyi gənclərə aid olduğunu qeyd etdi. Tədbir balaca rəssamlarla tək-tək söhbətlə və sertifikatların verilməsilə davam etdi Nəzərinizə çatdıraq ki,mövzusu güllər olan müsabiqəyə şəhər və bölgələrimizin 500-dən çox məktəb və ya yaradıcılıq müəssəsindən 2500-ə qədər uşaq, yeniyetmə və gənc 3000-dən çox əsər göndərmişlər və sərgilənmək üçün 800-dən bir qədər çox əsər seçilmişdir və bu gün 200 –dən bir qədər çox uşağın uşaqın əsəri sərgiləndi. Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olundular. Nəzərinizə çatdıraq ki,sərgilənən əsərlərin arasından İV “AZƏRBAYCANIM” RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI üçün hər yaş kateqoriyasından 10 əsər seçiləcək və həmin 30 uşaq festivala dəvət olunacaq. Festival iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq diplom və hədiyyələrlə mükafatlandırılacaq.