XƏBƏRLƏR
“Yurduma sülh” adlı sərgi keçirilir
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzinin təşkilatçılığı ilə 2023-cü ilin 1-8 oktyabr tarixlərində, Muzey Mərkəzinin Sərgi Qalereyasında “Yurduma sülh” adlı sərgi keçirilir.
Ziyarətçilər sərginin ekpozisiyasında yer alan Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Tahir Salahov, Asəf Cəfərov, Xalidə Səfərova, Kamal Əhməd, Cavad Mircavadov, Maral Rəhmanzadə, Asəf Cəfərov, Mikayıl Abdullayev, Lyubov Mircavadova, Mir Nadir Zeynalov, Böyükağa Mirzəzadə, Şamo Abbasov, Əşrəf Murad, Məmmədkərim Quliyev, Ucal Haqverdiyev, Müslüm Eldarov, Nadir Qasımov, Davud Kazımov, Tofiq Ağababayev, Nadir Qasımov, Kamil Nəcəfzadə, Qəyyur Yunus və s. kimi tanınmış fırça ustalarının əsərlərindən zövq ala biləcəklər.
Ekspozisiyasına 50-dən çox rəngkarlıq, 17 qrafika və 12 heykəltaraşlıq əsərinin daxil olduğu vernisaj, özündə ötən əsrin ortalarından başlayaraq onun ən görkəmli, həyatdan köçmüş böyük klassik, eləcə də müasir parlaq rəssamlarının Azərbaycan həyatının müxtəlif sahələrinə baxışını əks etdirir.
Sərgi 1-8 oktyabr 2023-cü il tarixlərində davam edəcək, giriş sərbəstdir.
Ünvan: Muzey Mərkəzi, Sərgi Qalereyası (4-cü mərtəbə) Bakı ş. Neftçilər pr. 49
Tel: +99412 498-83 48, +99450 273 21 80, +99412 430 81 19