“MƏNİM DÜŞÜNCƏM” adlı Respublika uşaq yaradıcılıq müsabiqəsinin yekun sərgiləri baş tutdu.

19.10.2023 / Sərgilər
“MƏNİM DÜŞÜNCƏM” adlı Respublika uşaq yaradıcılıq müsabiqəsinin yekun sərgiləri baş tutdu.

Gənc nəsildə kreativ düşüncənin inkişafına xidmət məqsədi ilə elan olunmuş ənənəvi “MƏNİM DÜŞÜNCƏM” adlı Respublika uşaq yaradıcılıq müsabiqəsinin yekun sərgiləri 17-18 oktyabr tarixlərində növbəli şəkildə Xətai Sənət Mərkəzində baş tutdu.

Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Ağəli İbrahimov, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor əvəzi Gülşən Qəribli, Xətai Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsi Turan Cəfərova, Xətai Sənət Mərkəzinin diektoru Zahid Əvəzov, Xətai Uşaq Yaradıcılıq studiyasının müəllimi Gündüz Həbibov fikir və arzularını sərgi iştirakçıları ilə bölüşdülər.

Əsəri sərgilənən iştirakçılar sertifikatla və fəal tədris mərkəzləri təşəkkürnamə ilə təltif olundular.

Qeyd edək ki, “MƏNİM DÜŞÜNCƏM” Respublika uşaq yaradıcılıq müsabiqəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “HEYDƏR ƏLİYEV İli” çərçivəsində elan olunmuşdur.

Müsabiqəyə 9-21 yaş arası yaradıcılıq qabiliyyəti olan 800-dən çox uşaq və yeniyetmə və gənc 1200-ə qədər əsər təqdim etmişlər və 2 gündə ümümilikdə 260-a yaxin əsər sərgiləndi.

Seçim zamanı mövzu, ölçü və texnika sərbəst olan müsabiqədə müəllifin yaşı nəzərə alınmaqla fərqli fikir, təkrar olmayan, müdaxilə olunmamış (müəllim, valideyn) və əvvəlcə sərgilənməmiş, kreativ düşüncəli yaradıcılıq nümunələrinə üstünlük verilmişdir.

Nəzərinizə çatdıraq ki, iştirakçılar əsərinin fotosu ilə bərabər əsərin adı, müəllifin soyadı, adı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə ünvanını [email protected] ünvanına göndərməklə müsabiqəyə qatılmışlar.