XƏBƏRLƏR
“UŞAQLIQ DUYĞULARIMIN RƏNGLƏRİ” adlı şou–sərginin açılış mərasimi baş tutdu.
Təsviri sənətə ictimai marağı artırmaq, böyüklərin uşaq məsumluğu və səmimiyyəti ilə ərsəyə gətirdikləri rəsm əsərlərini görmək məqsədi ilə elan olunan “UŞAQLIQ DUYĞULARIMIN RƏNGLƏRİ” adlı şou–sərginin açılış mərasimi 3 noyabr 2023-cü il tarixində saat 16:00-da Xətai Sənət Mərkəzində baş tutdu. Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor müavini Gülşən Qəribli açıq elan etdi. Öz fikir və düşüncələrini Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı, professor Ağaəli İbrahimov, Xalq rəssamı, professor Arif Hüseynov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov sərgi iştirakçıları ilə bölüşdülər. Tədbir iştirakçıların çıxışları və sertfikatların təqdim olunması ilə davam etdi. Nəzərinizə çatdıraq ki, “UŞAQLIQ DUYĞULARIMIN RƏNGLƏRİ”adlı şou–sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində elan olunmuşdur. Təqdim olunan nümunələr arasında uşaqlığa qaytaran, xatirələr canlandıran əsərlər əsas yer tutur, həmçinin elanda qeyd olunduğu kimi, sərgidə bəzi müəlliflər uşaqkən çəkdiyi rəsmlərlə təmsil olundular. Sənət sevərlərin yaddaşında şou sərginin duyğu və zövqün bir araya gəldiyi ekspoziyalardan biri kimi yadda qalacağına inanırıq.