20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş “QANIM BAYRAĞIMDADIR” adlı ədəbi-bədii gecə və sərgi keçirilmişdir.

22.01.2024 /
20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş “QANIM BAYRAĞIMDADIR” adlı ədəbi-bədii gecə və sərgi keçirilmişdir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, “İRƏLİ” İctimai Birliyi, Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş “QANIM BAYRAĞIMDADIR” adlı ədəbi-bədii gecə və sərgi keçirilmişdir. Ekspozisiyada Azərbaycan Dövlət Rəsm Qalereyasının fonduna məxsus müstəqilliyimiz və Qarabağ mövzulu 20 əsər sərgilənmişdir.
Tədbirdə "İRƏLİ" İctimai Birliyinin sədri Şahin Rəhmanlı, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor v.i.e Gülşən Qəribli, "İRƏLİ" İctimai Birliyinin layihələrlə iş üzrə katibi Riad Cəbrayılov çıxış edərək 20 Yanvar faciəsindən söz açmış və şəhidlərimizi ehtiramla yad etmişdir.