#ArtData rubrikasının növbəti qonağı türkiyəli kurator, sənətşünas, mühazirəçi və AICA Turkey ( Beynəlxalq İncəsənət Tənqidçiləri Təşkilatı) üzvü Derya Yüceldir.

10.06.2024 /
#ArtData rubrikasının növbəti qonağı türkiyəli kurator, sənətşünas, mühazirəçi və AICA Turkey ( Beynəlxalq İncəsənət Tənqidçiləri Təşkilatı) üzvü Derya Yüceldir.

#ArtData rubrikasının növbəti qonağı türkiyəli kurator, sənətşünas, mühazirəçi və AICA Turkey ( Beynəlxalq İncəsənət Tənqidçiləri Təşkilatı) üzvü Derya Yüceldir.

Müasir incəsənəti necə müəyyənləşdirə bilərsiniz? Bu sənət özündən əvvəlki əsrlərin bədii təəssüratlarına necə kölgə sala bildi?

 

Məncə, sənət sonsuz mənalar ehtiva edir. Hər bir sənət əsəri dünyayatəqdim edilmiş bir mesaj, duyğu və şərhdir. İncəsənət insanın öz həyatını, düşüncələrini və təxəyyülünü paylaşma qabiliyyətini əks etdirir. İncəsənət fərdin zamanını istifadə etməklə  istiqamətlının  konkret yaradıcılıq formasıdır. Digər tərəfdən, bu, tamamilə ağılla qurulmuş şüurlu bir hərəkətdir.

Ozündən əvvəlki əsrlərin bədii təəssüratlarına kölgə salmasının səbəbi bugünkü sənətdə “sənət əsəri”nin bir yerdə sərgilənən obyekt kimi deyil, bütünlüklə qəbul edilməli olan “durum”a çevrilməsidir.

 

Rəqəmsal texnoloji inqilab incəsənət üçün necə bir cığır yaradır?

 

Rəqəmsal perspektiv müasir incəsənət sahəsində çalışan rəssamlara güclü yeni yaradıcı ifadə mənbələri təklif edir. Rəqəmsal mədəniyyət kontekstində informasiya, imic və özünü təqdimetmə mənası daim transformasiya olunur. Düşünürəm ki, yaşadığımız dövr keçid dövrüdür, ona görə də ənənəvi sənət formaları ilə rəqəmsal incəsənət növləri arasında qəbul edilən fərqlərin çoxu zaman keçdikcə azaldıqca, media sənəti keçid və hibrid yaradıcılığın əsas elementi kimi görünəcək. Media sənəti təcrübələri zamana əsaslanan, interaktiv, iştirakçı, auditoriya yönümlüdür. Konseptual, qavrayış və məkan kontekstində müxtəlif və dəyişkəndir. Ona görə də rəqəmsal texnologiyaların inkişafı və kreativlik anlayışı ilə paralel olaraq onun sərhədləri də genişdir.

 

Müasir incəsənət yaşadığımız cəmiyyətin güzgüsü ola bilərmi?

Bugünkü sənət, bir tərəfdən, məzmun və mövzu baxımından son dərəcə sosial parametrləri ehtiva edir və tənqidi yaddaşa töhfə verməkdən məsul və cavabdehdir. Sənət əsərləri istehsal olunduğu ictimai şəraitlə müəyyən edilir və ictimai münasibətlərlə izah olunduğunu deyə bilərik. Beləki, sənət təkcə fərdi varlığı deyil, həm də həyatda və dünyada aktual problemləri, narahatlıqları, qorxu və ümidləri əks etdirir. Ümumilikdə, bəli, sənət yaşadığımız cəmiyyətin güzgüsü / əksi halına çevrilir. Bu günümüzun sənəti müharibələr, münaqişələr, insan haqları, sosial ədalət, gender problemləri, qadın hüquqları, miqrasiya, iqlim və ekologiya kimi bir çox sosial problemləri gündəmə gətirə, maarifləndirə, xəbərdar edə və sənətkarın cəmiyyətə ünvanladığı mesajları tamaşaçılara çatdıra bilər.

 

Müasir incəsənəti necə şərh etmək olar? Ən vacib meyarlar hansılardır?

Sənəti şərh edərkən “sənət nədir” yox, “necə” sualından başlamaq lazımdır. Sənətin materialı, texnikası, forması və mövzusu ilə yanaşı, metodunu, təsirini, əlaqəsini və hissiyyatını mənalandırmaq lazımdır. Sənət əsəri dediyimiz şey artıq yalnız “əşya” ətrafında izah edilə biləcək  mənadan çıxmışdır. Əşya olsa belə, indi verəcəyimiz sual: "Bu əsər öz funksiyasını necə yerinə yetirir?" olmalıdır. Başqa sözlə desək, rəssamın öz yaradığı ilə münasibəti və tamaşaçının bununla qurduğu münasibət və bu münasibətin yaratdığı dialoq/təcrübə bugünkü sənətin mərkəzində dayanır. Bədii əsərlər yaradan impulsun konseptual və ya formal olmasından asılı olmayaraq, əsərlərin həm şəxsi/fərdi meylləri, həm də dövrün ruhunu əks etdirməsi vacibdir. Şəxsi kurator təcrübəm baxımından bir işi qiymətləndirərkən nəzərə aldığım parametrlər; Bu, fərdin unikallığı, onun intellektual və həyat perspektivindən izləri necə çatdırması, konseptual/məzmun seçimləri, qavrayış və şərh üsullarıdır. Bundan əlavə, təbii ki, onun texniki  və idarə etdiyi istehsal dil bacarıqları da önəmlidir.

 

Rəssamın sənət əsəri kimi təyin etdiyi hər şeyi sənət kimi qəbul etməliyikmi?

“Bir şeyi” sənət kimi məhşurlaştırmaq bütün tarixləşmə prosesləri ilə iç-içə olan konseptual, nəzəri və metodoloji hadisələrlə bağlıdır. Əşyalar o zaman sənət əsəri funksiyasını yerinə yetirir ki, onların simvolik funksiyası bəzi xüsusiyyətlər nümayiş etdirir... Bəli, yəni rəssamın niyyəti, ona baxıldığı məkan çərçivəsi, simvolik və simvolik mənası, ona edilən şərhlər, mədəniyyət kodları ilə əlaqəsi , onun tarixdəki yeri və çəkilən hər bir çərçivə bir obyektin sənət olub-olmaması ilə əlaqədardır, təsdiq sistemini aktivləşdirə bilər. (İncəsənətin qanuniləşməsi, sənət dünyasına xas nəzəriyyələr, sənət bazarını və ya sənət bazarının kodlarını demirəm)

 

Müasir incəsənətə ən çox təsir edən 5 rəssamın adını deyə bilərsinizmi?

 

Marsel Duchamp, Joseph Beuys, Joseph Kosuth, Nam June Paik, Marina Abramovic. Təbii ki, bu çox nisbi sualdır, ona görə də deməliyəm ki, cavabım şəxsi fikirlərimi əks etdirir. Bir sənətşünas və kurator kimi düşünürəm ki, adlarını sadaladığım 5 sənətkar nəinki gələcək nəsillərə təsir edib, onlara ilham verib, həm də sənətin mənasını, formasını, düşüncəsini, mühitini, sosial ilə əlaqəsini dəyişdirib.

 

Müasir incəsənətdə “trend” anlayışı varmı?

Bəli var. Lakin “trend” anlayışına qlobal kapitalizmin, istehlak mədəniyyəti və incəsənət “bazarının” mürəkkəb əlaqəsi ilə yanaşsaq, “trendlər” təsvirlər, formalar, materiallar, texnikalar və hətta məzmun/mövzular kontekstində görünür.  Amma həm rəssamlar, həm də kuratorlar kimi bizim məsuliyyətimiz mədəniyyət sənayesinin bayağılaşdırıcı təsirlərini üstələmək və əyləncə və populyar mədəniyyətdən uzaq durmaqla intellektual, plüralist, tənqidi sənət mühitinin yaradılmasına töhfə verməkdir. Nəticə etibarı ilə bizim məsuliyyətimiz müvəqqəti “meyillərə” qapılmaq əvəzinə, dövrün ruhunu universal dillə çatdırmaq, bugünkü sənətin tənqidi gücündən istifadə etmək və sənətkarların bu gücdən istifadə etməsi üçün yeni strategiyalar yaratmaq olmalıdır.