XƏBƏRLƏR
2419
Qusar etüd plenerinin “Etüddən gəlirəm” adlı sərgi-təqdimatı Xətai Sənət Mərkəzində keçirilmişdir.
18.05.2018 / Sərgilər
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində reallaşan “Vətənin tərənnümü” silsiləsindən Qusar etüd plenerinin “Etüddən gəlirəm” adlı sərgi-təqdimatı 17 may 2018-ci il saat 16:00-da Xətai Sənət Mərkəzində keçirilmişdir.
Plener zamanı 36 rəssamın 80-a yaxın işi nümayiş olunmuşdur. Sərgi iki gün davam edəcək.
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən www.azgallery.az saytına istinad zəruridir.