
XƏBƏRLƏR
"Bakı prosesi"nin 10 illiyinə həsr olunmuş “21 May Dialoq və İnkişaf Naminə Ümumdünya Mədəni Müxtəliflik Günü” mövzusunda rəsm müsabiqəsinin yekun sərgisi keçirilmişdir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, "Mədəniyyət" qəzeti və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Bakı prosesi"nin 10 illiyinə həsr olunmuş “21 May Dialoq və İnkişaf Naminə Ümumdünya Mədəni Müxtəliflik Günü” mövzusunda rəsm müsabiqəsinin yekun sərgisi 21 may 2018-ci il saat 16:00-da Xətai Sənət Mərkəzində keçirilmişdir.
Tədbiri açıq elan edən Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov qonaqlar və müsabiqənin iştirakçılarını salamlayaraq , bəşəriyyətin zəngin mənəvi mirasının qorunması, mədəni müxtəlifliyin faydaları və ölkəmizdə mədəniyyətlərarası dialoq kimi dəyərlərin qurulmasının vacibliyindən söz açdı.
Müsabiqənin qaliblər mükafat və diplomla təltif olundular.
Təltif olunanların siyahisi:
Məsmə Abbasova
Arzu İsmayılova
Aytən Səbzəliyeva
Aytən Əvəzova
Sevinc Kərimova
Səbnur Hüseynova
İsmayıl Məlahət
Nərgiz Əzizova
Sevinc Əhmədova
Nuray Allahverdiyeva
Cavad Qurbanov
Mahizər Məmmədova
Mahir Həsənova
Aydan Zalova
Nazlı Yusublu
Mələkxanım Səmədli
Vüsalə Yunusova
Ülkər Quliyeva
Babək Abdullayev
Bahar Hüseynova