
XƏBƏRLƏR
2538
Xalq rəssamı Rafiq Mehdiyevin xatirəsi anılıb
30.10.2018 / Mühüm hadisələr
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 30 oktyabr tarixində Xalq rəssamı Rafiq Mehdiyevin 85 illiyinə həsr olunmuş tədbir keçirilib.
“İz” layihəsi çərçivəsində reallaşan tədbirdə Mədəniyyət Nazirliyinin sektor müdiri Qalib Qasımov və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhab Məmmədov , Azərbaycanın Xalq Rəssamı Arif Əziz çıxış edərək sənətkarın yaradıcılığından danışıb, sənət fəaliyyəti haqqında məlumat veriblər.
Tədbirdə Rafiq Mehdiyevin əsərlərininn təqdimatı keçirilib.
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən www.azgallery.az saytına istinad zəruridir.