
XƏBƏRLƏR
2744
“Qrafika 2019” adlı Respublika rəsm müsabiqəsinin yekun sərgisi keçirilib
09.01.2019 / Sərgilər

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində elan olunmuş “Azərbaycan təsviri sənətində qrafika dünən və bu gün” adlı Respublika rəsm müsabiqəsinin yekun sərgisi “Qrafika 2019” adı altında Xətai Sənət Mərkəzində keçirilmişdir.
Müsabiqəyə 380-dan çox qrafika və qrafika yönlü əsərlər təqdim olunmuş, 76 əsər seçilərək sərgidə iştirak etmək şansı qazanmışdır.
Xatırlatmaq lazımdır ki, sərgi 18 yanvar tarixinədək davam edəcəkdir.
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən www.azgallery.az saytına istinad zəruridir.