“YURDUMUZA BAHAR GƏLİR” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçirilib

19.03.2019 / Sərgilər
“YURDUMUZA BAHAR GƏLİR”  adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçirilib

 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gənc nəsildə milli adət-ənənələrimizə hörmət və ruzi bərəkət bayramımız olan Novruzun daha böyük anlamda dərk olunması və gələcək nəsilə ötürülməsi məqsədi ilə ənənəvi “YURDUMUZA BAHAR GƏLİR  adlı respublika uşaq rəsm müsabiqəsinin   12  yaşa  qədər   uşaqlar   arasında  olan  hissəsi   18 mart 2019-cu il başa  çatmışdır.

Sərgini Azərbaycan Dövlət Rəsm qalereyasının direktoru Qalib Qasımov açaraq uşaqları təbrik etdi və onların dəyişən və inkişaf edən ölkəmizin gəncləri olduqlarını qeyd etdi və sərgidə iştirakına görə təşəkkür etdi. Azərbaycan Rəssamlar İttifaqının katibi professor Ağaəli İbrahimov sərgi iştirakçılarını salamlayaraq onlara uğurlar dilədi. Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış edərək təbiətin oyanışını balaca uşaqların saf duyğularında hiss etdiyini qeyd etdi və hamını bahar bayramı münasibəti ilə təbrik etdi.

Sərgidə bahar  təravəti  hiss   olunan  140 uşaqın   150 işi   əsəri  təqdim  olunub.

Nümayiş olunan əsərlərin müəllifləri diplomla təltif olundu və fəal kollektivlər o cümlədən, 1Nömrəli UGİM, 4 Nömrəli Usaq Incesenet Məktəbi, Art School by Rufane, Bilender tedris mərkəzi, Bileyen Tedris Merkezi, Gunxan art studiya, H . Z. Tağıyev adına Toxucu Tikiş  kom, H. Abbasov adına Maştağa Mədəniyyət Mərkəzi, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, İncilər tədris mərkəzi, KamArt Incəsənət Qalereyası, Lenkeran Şəhər Uşaq Rəssamlıq Məktəbi, Modern  tədris mərkəzi, Vector Təhsil və karyera merkəzi, Zığ qəsəbəsi Mədəniyyət evinin rəssamlıq kursu və başqa kollektivlər xüsusi fəallıq göstərmişlər.

 Sərgidən seçilmiş  10 əsərin müəllifi "Azərbaycanım"Uşaq Rəsm Festivalına dəvət olacaq.

Sərgi Xətai Sənət Mərkəzində keçirildi eyni zamanda virtual olaraq Xətai Sənət Mərkəzinin facebook səhifəsinə yerləşdiriləcək.