“Contemporary İstanbul”un qurucusu və rəhbəri cənab Ali Gürəli Azərbaycan Dövlət Rəsm Qalereyasının dəvəti ilə Bakıda səfərdə olmuşdur.

13.03.2019 / Beynəlxalq əməkdaşlıq
“Contemporary İstanbul”un qurucusu və rəhbəri cənab Ali Gürəli Azərbaycan Dövlət Rəsm Qalereyasının dəvəti ilə Bakıda səfərdə olmuşdur.

“Contemporary İstanbul”un qurucusu və rəhbəri cənab Ali Gürəli Azərbaycan Dövlət Rəsm Qalereyasının dəvəti ilə 2019-cu il mart ayının 13-də Bakıda bir günlük səfərdə olmuşdur.

Səfər zamanı qonaq əvvəlcə Şəhidlər Xiyabanı və Türk şəhidləri məzarını ziyarət etmişdir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin birinci müavini cənab Vaqif Əliyev Ali Gürəlini qəbul etmişdir. Tanışlıq xarekteri daşıyan görüşdə iki qardaş ölkə arasında incəsənət sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilmişdir.

Daha sonra qonaq Azərbaycanın muzey və qalereyalarını gəzərək ölkəmizin mədəniyyət və incəsənəti ilə yaxından tanış olmuşdur.