XƏBƏRLƏR
Yanvarın 30-da Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşdırılan “Emalatxanada görüş” layihəsinin ikincitədbiri keçirildi.
Yanvarın 30-da Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşdırılan “Emalatxanada görüş” layihəsinin ikincitədbiri keçirildi.
Qalereyanın əməkdaşları gənc qrafika ustası, heykəltəraş Namiq Hüseynovun emalatxanasında onun yaradıcılığı ilə yaxından tanış oldular. Qrafika ustası və heykəltəraş öz həyat və yaradıcılığı, təhsili, aldığı mükafatlar və yeni yaradıcılıq axtarışları haqqında geniş bilgi verdi, gələcək planlarından danışdı. Qeyd edək ki, Namiq Hüseynov2004-2008-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Qrafika fakültəsində, xalq rəssamı, professor Yusif Hüseynovun, 2009-2013-cü illər arasında isə həmin universitetin Heykəltəraşlıq fakültəsində xalq rəssamı, akademik Tokay Məmmədovun emalatxanasında təhsil alıb. Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin və FECO-nun Azərbaycan bölməsinin üzvüdür.
Gənc olmasına baxmayaraq, sənətçinin əsərləri Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, “Qlinka” adına Moskva Dövlət Musiqi muzeyi və Rostropoviçin ev muzeyində saxlanılır.
Layihə Azərbaycan təsviri sənətinin çağdaş inkişafını, rəssam və heykəltəraşların axtarışlarını, onların yaradıcılıqlarındakı bədii tendensiyaları, üslub özəlliklərini, orijinal ideyaları toplamaq və ictimaiyyətə təqdim etmək məqsədi daşıyır.
Eyni zamanda gənc rəssamların emalatxanalarında yaradıcı proseslərlə yaxından tanış olmaq və müzakirələrin aparılmasına təkan verməkdir. Layihə çərçivəsində növbəti tədbir yanvarın 31 və 2-də keçirilməsi planlaşdırılır.
Vaqif Muğallı
Azərbaycan Dövlət Rəsm
Qalereyasının əməkdaşı