“Hilton Baku” otelində ilk dəfə olaraq incəsənət əsərlərinin auksionu keçiriləcək

21.05.2019 / Sərgilər
“Hilton Baku” otelində  ilk dəfə olaraq incəsənət əsərlərinin auksionu keçiriləcək

      Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Dövlət Rəsm Qalereyasının və “Auction Baku” MMC-nin təşkilatçılığı ilə “Hilton Baku” otelində 21 may 2019-cu il saat 12:00-da ilk dəfə olaraq incəsənət əsərlərinin auksionu keçiriləcəkdir.  

    Auksion respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətliliyini gücləndirmək məqsədi ilə həyəta keçirilir.

Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Genadiy Brijatyuk, Zakir Hüseynov, Tofiq Cavadov, İlham Mirzeyev, Mirazər Abdullayev, Mahmud Rüstəmov, Aslan Rüstəmovun əsərləri, “İnqermandland” adlı I Pyotr dövrünə aid döyüş gəmisi maketi auksiona çıxarılacaqdır.

   Əsərləri almaq və qiymətləri ilə tanış olmaq üçün auction.b[email protected]  elektron ünvanına müraciət etmək olar .