XƏBƏRLƏR
“AZƏRBAYCANIM” II RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI çərcivəsində təşkil olunmuş müsabiqənin yekun sərgisi keçirilib
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində “28 May- Respublika günü”nə həsr olunmuş rəssamlıq istedadına malik olan uşaqların yaradıcılıq duyğularını və bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibət formalaşdırmaq və ona yanaşma tərzinin təkmilləşdirmək, doğma el-obaya, Vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə elan olunmuş “AZƏRBAYCANIM” II RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI çərcivəsində təşkil olunmuş müsabiqənin yekun sərgisi yaş qrupları üzrə 12 yaşa qədər uşaqlar üçün 20 may 2019-cu il saat 16:00-da və 12-17 yaş arası uşaqlar üçün 21 may 2019-cu il saat 16:00-da baş tutdu.
Müsabiqəyə hər iki yaş kateqoriyası üzrə ümumilikdə 1065 uşaq əsər göndərmiş və ilkin seçimdə 12 yaşa qədər uşaqların 160 əsəri, 12-17 yaş arası uşaqların 170 əsəri sərgilənmək üçün dəvət olundu.Tədbirə
O cümlədən, “YURDUMUZA BAHAR GƏLİR” uşaq rəsm müsabiqəsindən seçilmiş hər yaş kateqoriyasından 10 əsər, həmçinin Samaxı uşaqları ilə Şamaxıda keçirilmiş “MƏNİM ŞAMAXIM” müsabiqəsindən seçilmiş 33 əsər nümayiş olunmaq üçün dəvət olunmuşdur.
Müsabiqədə Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbi, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, 4 Nömrəli UİM, Vəfa Art Studiya, 1Nömrəli UGİM, Sumqayıt Ə.Bakıxanov adına UİM, 108 nömrəli tam orta məktəb, Yeni Nəsil Tədris Mərkəzi, Gəncə Şəhər Uşaq Rəssamlıq Məktəbi, 1 saylı UİM, Şamaxı Şəhər Uşaq Rəssamlıq Məktəbi, Rəngli Duyğular Rəsm Studiyası, Şəki Şəhər Uşaq Rəssamlıq Məktəbi, Respublika UİM, Bilik Yolu Tədris Mərkəzi və başqa kollektivlər xüsusi fəallıq göstərmişlər.
Sərgilənən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olundular, həmçinin müxtəlif təşkilatların nominasiyalar üzrə mükafatları təqdim olundu.
İki günlük sərgilərdən seçilmiş 41 uşaqdan ibarət festival üzvünün May ayının 24-də səhər saat 10:00-da Xətai Rayon İcra Hakimiyyətinin həyətində açıq havada canlı şəkil çəkməklə plenerlə başlayan festivalın gündəliyi furşet,muzeyə getmək,nahar yeməyi və Musiqili Mükafatlandırma mərasimi ilə festivala son veriləcək.
Bağlanış Xətai Sənət Mərkəzində keçiriləcək və festival iştirakçıları əlavə diplomla təltif olunacaq.