ELANLAR

2439

Gənc rəssamların “AXIN” adlı qrup sərgisi keçiriləcək

03.02.2020
Gənc rəssamların “AXIN” adlı qrup sərgisi keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2020-ci il fevral ayının 3-də saat 18:00-da “Baku Book Center”də “Gənclər günü”nə həsr olunmuş gənc rəssamların “AXIN” adlı qrup sərgisi keçiriləcək.
Sərgi gənclərin istedad və bacarıqlarının üzə çıxarılması, mədəni tədbir, layihələrdə iştirakını dəstəkləmək, cəmiyyətdəki fəallığını təmin etmək məqsədi ilə həyata keçirilir.
Sərgidə 50-dan çox gənc rəssamın 60-a yaxın rəsm əsəri sərgilənəcəkdir.
Tədbirin sonunda rəssamlar diplomla təltif olunacaq.