ELANLAR

1926

“AZƏRBAYCANIM” III Respublika Uşaq Rəsm Festivalına start verilir

27.03.2020
“AZƏRBAYCANIM” III Respublika Uşaq Rəsm Festivalına start verilir

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə rəssamlıq istedadına malik olan uşaqlar, yeniyetmə və gənclərin yaradıcılıq duyğularını, bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibət formalaşdırmaq və ona yanaşma tərzini təkmilləşdirmək, doğma Vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə “AZƏRBAYCANIM” III RESPUBLİKA UŞAQ RƏSM FESTİVALINA start verilir və festival çərçivəsində müsabiqə elan olunur:

Müsabiqədə iştirak etmək üçün 21 yaşa qədər uşaqlar və yeniyetmələrin  www.xsm.az saytında tədbirlər bölümündəki Azərbaycanımafişasına toxunmaqla və ya http://xsm.az/site/azerbaycanimfestival/ linkinə daxil olub 1 və ya 2 əsərinizin fotosunu daxil etməklə göstərilən anketi doldurmağınız tələb olunur.

Qeydiyyat 2020-ci il may ayının 15-dək aparılacaq. 

  • Seçim 3 yaş kateqoriyası üzrə keçiriləcək və 3 hər yaş kateqoriyasına ayrıca sərgi keçiriləcək: 12 yaşa qədər, 12-17 və 17-21 yaş arası
  • Ən çox duyğu və düşüncələr ilə işlənmiş əsərlər seçiləcək.
  • Seçim zamanı kənar (müəllim,valideyn) müdaxiləsiz işlərə üstünlük veriləcək.
  • Müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.
  • Öncə sərgilənməmiş - yeni əsərlər görmək istərdik.
  • Festivalda Azərbaycanda yaşayan xarici ölkə vətəndaşları da iştirak edə bilər.
  • Unutmayın ki, bu bir məşğuliyyət növüdür!
  • May ayının 15-dən sonra əsərləri sərgidə nümayiş olunmaq üçün seçilmiş müəlliflərin siyahısını və tədbirin davamı haqda əlavə məlumatları Xətai Sənət Mərkəzinin facebook və instaqram səhifələrindən, həmçinin xsm.az saytının elanlar bölümündən izləyə bilərsiniz.

Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq və hər yaş qrupu üzrə 10 nəfər olmaqla, ümumilikdə sərgilərdən seçilən 30 əsərin müəllifi festivala dəvət olunacaq və qaliblər mükafatlandırılacaq.

• Festivalın gündəliyi:
10.00 – Canlı şəkil çəkmək 
11:30 – Furşet
12:00 – Milli İncəsənət Muzeyinə ekskursiya
14:00 – Günorta yeməyi
15:30 –Musiqili Mükafatlandırma mərasimi və festivalın bağlanışı

  • Mükafatlandırma fondu:
    17-21 yaş üçün
  • I yer – masa molbert
    II yer – 24-lü yağlı boya dəsti+masa üstü molbert
    III yer – 24-lü akril  dəsti  
    Həvəsləndirici mükafat 2 nəfər – 12-li  sulu boya dəsti 
  • 12-17 yaş arası
  • I yer–molbert
    II yer–24-lü akril dəsti
    III yer – 24-lü  sulu  boya  dəsti+masa  üstü  molbert
    Həvəsləndirici mükafat 2 nəfər – 12-li  quaş dəsti 
  • 12 yaşa qədər
  • I yer –planşetli molbert
    II yer –24-lü sulu boya  dəsti
    III yer –24-lü quaş  dəsti
    Həvəsləndirici mükafat 2 nəfər – 12-li  akril  dəsti
  • Bağlanış Xətai Sənət Mərkəzində keçiriləcək və festival iştirakçıları əlavə diplomla təltif olunacaq.

Tədbirin dəstəkçisi Hollandiyanın boya markası olan “Royal&Talens” in Art Cration brendidir.

Qeyd: Festivalın gündəliyi “COVİD-19” infeksiyası ilə bağlı tətbiq olunan sosial izoliasiya tədbirləri aradan qaldırılarsa adi qaydada əks təqdirdə onlayn davam etdiriləcəkdir.

Mətbuat dəstəkçiləri: Azərtac, Lider TV, Olaylar, Mədəniyyət qəzeti, Edumap, Eduonline.az, Frame.az,Tanışolaq