ELANLAR

1452

“Evim, Gözəl Evim” adlı virtual sərgi keçiriləcək

06.04.2020
“Evim, Gözəl Evim” adlı virtual sərgi keçiriləcək

Azərbaycan Dövlət Rəsm Qalereyası “Evdə qal-qalib gəl!” adlı layihəsi çərçivəsində 6 aprel 18:00-da “Evim, Gözəl Evim” adlı virtual sərgi təşkil edir. 
Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində sərgi salonlarının müvəqqəti bağlı olmasını nəzərə alaraq virtual sərgini izləməyə dəvət edir.
Virtual sərgi müxtəlif texnikada və məişət mövzusunu əhatə edən Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan əsərlərdən ibarət olacaqdır.
Sərgidə Adil Hacıyev, Hafiz Zeynalov, Qafar Seyfullayev, İbrahim Rzayev, Məmməd Mustafayev, Böyükağa Mirzəzadə, Tağı Tağıyev, Niyaz Nəcəfov, Fuad Qafarov, Cahangir Rüstəmov, Çingiz Fərzəliyev, Ağa Mehdiyev, Fikrət Bağırov, Həsən Haqverdiyev, Faiq Ağayev kimi rəssamların əsərləri yer alır.
Virtual sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.